"Bavariya-PSJ" oyununun efirə getməməsinin səbəbi açıqlandı - RƏSMİ

"Bavariya-PSJ" oyununun efirə getməməsinin səbəbi açıqlandı - RƏSMİ
İDMAN
11:45 07.05.2026
909
Ötən gün Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən "Bavariya” – PSJ (0:1) matçı Azərbaycanda heç bir kanal vasitəsilə canlı yayımlanmadı.

AZXEBER.COM xəbər verir ki, əvvəlcədən "CBC Sport” qarşılaşmanı efirə verəcəyini açıqlasa da, bu baş tutmadı. 

Oyunun canlı yayımlanmaması sosial şəbəkələrdə suallara və etirazlara yol açdı. İzləyicilərin əksəriyyəti durumdan narazılığını bildirdi. Maraqlısı budur ki, Çempionlar Liqasının ölkəmizdəki digər yayımçısı "İctimai TV”də oyunu ekranlara gətirmədi. 

Məsələ ilə bağlı "CBC Sport” kanalına müraciət etdik. Kanalın baş redaktoru Şəmsəddin Abbasov bildirdi ki, matçdan az əvvəl qəbuledici cihazda yaranan problem oyunun yayımlanmasına mane olub: "Oyun başlamazdan 5-10 dəqiqə öncə qəbuledici yandı. Bütün testlər, digər texniki məsələlər qaydasında idi. Çalışırdıq ki, qəbuledicini düzəldək, amma bacarmadıq. Dedik ki, 2 saat ərzində nə zaman düzəlsə, elə oradan yayıma başlayaq. Amma alınmadı. Bununla bağlı bəyanat yayacağıq”.

Oyun zamanı izləyicilərin bir qismi "İctimai TV”ni də matçı yaylımlamadığına görə günahlandırıb. Kanal isə "Bavariya” – PSJ matçının yayım hüququnun onlarda olmaması barədə açıqlama yayıb: "Məlumat üçün bildiririk ki, UEFA Çempionlar Liqasının yarımfinal oyunlarının əvvəlcədən bölgüsünə əsasən, mərhələnin "Arsenal” və "Atletiko Madrid” komandaları arasında keçirilən hər iki oyunun "İctimai TV”nin efirində yayımlanması razılaşdırılıb. Hər iki oyun canlı yayımda tamaşaçılara təqdim olunub. "Bavariya” və PSJ komandaları arasında keçirilən digər yarımfinal oyunlarının yayım hüququ isə İTV-yə məxsus deyil. Hazırda davam edən oyunun yayımı ilə bağlı yaranmış problemə görə kanal məsuliyyət daşımır”.
 
\qafqazinfo
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
05:36 02.11.2026
Şimali Koreya nüvə potensialını gücləndirməyə davam edəcək
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
05:23 02.11.2026
Evdə Wi-Fi-ınızı necə pulsuz artırmaq olar?
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
05:12 02.11.2026
ABŞ İrandakı bir neçə obyektlə məşğul olmalıdır - Tramp
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
05:00 02.11.2026
Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
04:53 02.11.2026
“Apple” Almaniya siyasətçilərinə kiberhücumla bağlı xəbərdarlıq etdi
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
04:40 02.11.2026
Şimali Koreya taktiki ballistik raketlərə quraşdırıla bilən kasetli bombaları sınaqdan keçirib
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
04:28 02.11.2026
Britaniya ilk dəfə "Protector" dronunu Rusiya gəmilərinə qarşı tətbiq etdi
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
04:18 02.11.2026
Lefkoşa Kipr yunanlarına qaz və içməli su tədarük etməyə hazır olduğunu bildirib
"Formula 1" tarixinin ən gənc çempionu oldu
04:08 02.11.2026
"Formula 1" tarixinin ən gənc çempionu oldu
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
03:58 02.11.2026
FT: Bu ölkə qış mövsümünə qaz çatışmazlığı ilə girə bilər
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
03:48 02.11.2026
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
03:38 02.11.2026
Uşakov: Zelenski Putinlə dialoqa hazır olduğu barədə siqnallar göndərir
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
03:28 02.11.2026
İrandan ABŞ və İsraillə bağlı BMT-yə MÜRACİƏT
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
03:18 02.11.2026
Ərəb koalisiyası Yəməndə husilərin obyektlərinə zərbələr endirdiyini açıqlayıb
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
03:08 02.11.2026
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
02:59 02.11.2026
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı