Bayden Putinlə görüşü NATO liderləri ilə müzakirə edəcək

DÜNYA
09:06 14.06.2021
237
ABŞ prezidenti Co Bayden NATO liderləri ilə rusiyalı həmkarı Vladimir Putinlə qarşıdakı görüşünü bağlı qapılar arxasında müzakirə edəcək.
 
AZXEBER.COM xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan deyib.

Onun sözlərinə görə, ABŞ rəhbəri görüşə ittifaqın tam dəstəyi ilə gedəcək:

"O, (Co Bayden - red.) müttəfiqləri ilə Putinlə görüşün mövzusunu müzakirə etmək fürsəti tapacaq. Bunu bağlı qapılar arxasında edəcək. Tərəflər zirvə görüşünün məqsədləri barədə müzakirələr aparacaq, bir-birilərini dinləyəcəklər. Buna görə Bayden bütün NATO müttəfiqlərimizin tam dəstəyi və həmrəyliyi ilə Cenevrəyə gedəcək”.

Qeyd edək ki, iyunun 16-da İsveçrənin Cenevrə şəhərində ABŞ prezidenti Cozef Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putin görüşəcək. İki ölkə liderləri məşhur "La Qranj” villasında bir araya gələcək.

OXŞAR XƏBƏRLƏR