Bayhandan üzücü xəbər - Təcili xəstəxanaya aparıldı

Bayhandan üzücü xəbər - Təcili xəstəxanaya aparıldı
MAQAZİN
15:46 04.05.2026
354
Türkiyəli tanınmış müğənni, "Survivor" yarışmasının iştirakçısı Bayhan təcili xəstəxanaya aparılıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, ​"Survivor 2026"-nın bu axşam yayımlanacaq anonsunda Bayhanın qanlar içində yerə yıxılaraq xəstəxanaya aparıldığı görünüb. Görüntülərin davamında isə verilişin aparıcısı Acun Ilıcalının "qanaması dayanmadı" açıqlaması izləyicilərdə böyük narahatlıq yaradıb. 

Acun Ilıcalı Bayhanın vəziyyəti ilə bağlı bu sözləri deyib: ​"Hazırda bizim üçün bir nömrəli mövzu Bayhandır. Bayhanı nəzarət altına alırıq, qanaması dayanmayıb. Bayhan hamımızı qorxudub" 

​"Survivor"ın digər iştirakçısı Mert Nobre isə baş verənləri bu sözlərlə ifadə edib: "Mən qorxdum, bir anda yıxıldı, heç taqəti qalmamışdı. Hər yer qan idi...".
 
Əzizə 
OXŞAR XƏBƏRLƏR