Bayıl türməsindən villalara doğru

Bayıl türməsindən villalara doğru
Bütün Xəbərlər
16:26 07.06.2015
2104

“Heç nə izsiz qalmır”-almanlar əbəs yerə belə deməyiblər.Məsələn,sən kriminal keçmişini gizlətməyə çalışırkən bütün zahiri və daxili dəyişikliklərə getməyə razılaşırsan,lakin əvəzində növbəti cinayətlərə yol verirsən.Ona görə sovet keçmişimizin bir parçası kimi zəbt olunaraq paytaxt tariximizdən silinən sonuncu “Dostluq parkı”nda inşa edilmiş bahalı mülklərin də fəlsəfəsini başa düşmək üçün detektiv janrda düşünməkdən başqa çarəmiz qalmayıb. Vəhşi kapitalizmin birinci mərhələsindən uğurla çıxan azərbaycanlılar öz varidatlarını dayanıqlı valyutada saxlamaq üçün daşınmaz əmlakı mühüm alternativ kimi seçiblər.Hansı yolla qazanıldığı onsuz da soruşulmayan böyük pulların daimi amnistiya qərarı altında olmasından istifadə etməmək, əlbəttə, ağılsızlıq olardı.

Cəmiyyətin üst qatına çıxmış burjuaziyamız bütün dünyada olduğu kimi əhalinin aztəminatlı hissəsindən sürətlə ayrılaraq xüsusi ərazilərdə özünə qəsr və qala tikməkdə davam edir.Dərhal sual olunacaq,məgər kapitalizmin əsas xarakterini müəyyənləşdirən belə təbəqələşmə deyilmi? Vaxtilə bütün ictimai formasiyaların marksist-leninçi anlayışlarla dərkinə çoxları qarşı çıxdığından indi biz müasir iqtisadçılar nəslinin görkəmli nümayəndələrinə istinad eləməyə məcburuq. Görün,“21-ci əsrin kapitalı”nı yazmış Tomas Piketti ötən yüzili və bizi gözləyən perspektivi necə xarakterizə edir?

MÜHARİBƏ VARLILARIN VƏ KASIBLARIN HƏYATINDA

Bir kitabı ilə dünyada məşhurluq qazanan Paris məktəbinin 42 yaşlı professeronun dərin tədqiqatlarının nəticələrinə görə,Amerika və Qərbi Avropa əhalisinin 10 faizi və yerdə qalan hissəsinin maddi imkanları arasındakı fərq 1980-ci ildən bu yana artmaqdadır.Yalnız 1914 və 1970-ci illər periodunda müharibələrdən qaynaqlanan “anomaliyaları” çıaxmaq şərtilə bu nisbət dəyişməyib. İqtisadi qeyri-bərabərsizliyinin normaya çevrildiyini görərkən,hər bir fərdin zənginlik mərtəbəsinin yuxarısına çıxmasını onun şəxsi qabiliyyəti və istedadı ilə deyil,daha çox irsi yolla ona qalmış varidat,yaxud faydalı nikahlardan əldə olunmuş mülklər təşkil etdiyinə əmin olursan. Üstəlik,bazar iqtisadiyyatının qanunları bir ovuc azlığın maraqlarına daha çox xidmət edir.Yəni,demokratik cəmiyyətlərin basilica tezisinin burada iflasa uğradığını görməmək mümkün deyil.Belə ki,hər kəs öz istedadı və çalışmaları sayəsində maddi nemətlərin sahibinə çevrilməliydi.Nəticədə hamının avtomatik olaraq milli gəlirdən ədalətli qaydada bəhrələnəcəyi, hüquq bərabərliyinin buna geniş imkanlar acacağı haqqındakı miflər də beləcə dağılmış oldu.

Bəs onda dövlət nə üçündür? Burada lenincəsinə “cəbr aləti”ndən və hamıdan hesab sormaq üçün yaradılmış bolşevik cəza-izləmə aparatından danışmağa tələsməyin. Liberal dəyərlər dünyasında dövlət insanları və cəmiyyəti təhlükələrdən qorumaq üçün məhdud səlahiyyətlərə malik GÖZƏTÇİDƏN başqa bir şey deyil.Ancaq suala cavab verməzdən əvvəl,alimin gətirdiyi başqa bir misala diqqət yetirək. Sən demə, Qərb özünün ərsəyə gətirdiyi üsul-idarənin başlıca ziddiyətlərini həll etməkdə acizdir.Böyük inqilablar törədərək ümumxalq sərvətlərinə sahib durmuş və bununla da özəl sektorun xüsusi inkişaf səviyyəsinə çatmış ölkələrin hamısında dövlətlər kasıb bir duruma düşüblər,çünki xarici borcları artmaqda davam edir. Rəqəmlər çox kədərlidir. Dünyanın iqtisadi nəhəngləri sayılan Britaniya və Fransanın müxtəlif maliyyə mərkəzlərinə,fondlara və ayrıca ölkələrə borcu ÜDM-in 90 faizinə bərabərdir.Əvəzində isə şəxsi sərvətlər də elə həmin nisbətdə ümummili gəlirin nüvəsini təşkil edir və təhlillər belə bərabərsizliyin gələcək on illərdə də davam edəcəyinə şübhə yeri qoymur.

Bəlkə burada dövlətin müdaxiləsini arzulayanlar vaxtilə Fransda milyonlarla insanın dünya üçün birlik,bərabərlik və qardaşlıq şüarlarını irəli sürməsində, vətəndaş kodeksləri və şəxsi toxunulmazlıq hüquqları haqqında müxtəlif billəri meydana gətirməsində bir siyasi cinayət görürlər?Axı gerçəkdən də bütün məzlumların uğrunda həyatlarını qurban verənlərin idellarının ziddinə olaraq kapitalın bərabər bölgüsü təmin olunmayıb,imtiyazlı azlığın “bəxti gətirməkdə” davam edir. Köləlik zəncirindən azad olanların çoxu sonradan gedib ağalarının kölgəsinə sığınmağa məcbur qalırlar.Bütün maliyyə-iqtisadi böhranlarda, yaxud, silahlı savaşlarda kisələrini dolduranlar isə həmişə başqaları olur.

ARXİTEKTURA AZADLIĞI VƏ KOMASI UĞRUNDA SAVAŞANLAR

Şəhərimizin Bayıl yamaclarına yalnız həbsxana asossiasiyaı ilə yanaşanlardan fərqli olaraq ən azı 42 adam orda yeni “milyonçular məhəlləsi” salmağa risq etməyib.Ələ keçirilən yerlər məxsusi olaraq Xəzər dənizinə doğru geniş üfüqlər açmaqla bərabər,xüsusi turizm komplekslərinin yerləşdiyi massivin bir hissəsidir.İlkin məlumatlara görə villaların hər birinin bazar qiyməti 3-5 milyon dollar civarındadır.Böyük yaşıllıq zonasının yerində ucalan mülklərin yaxın dağ və qayaüstü əhatəsi zənginlik vadisi kimi göz oxşadıqca uzanıb gedir.Burada orta əsrlər Romasında təşəkkül tapmış Barokko üslublu malikanələrin hər növünə rast gələ bilərsən.Belə füsunkar memarlıq nümunələri Qərbin intibah dövrünün romantizmini xatırladır və mənəvi azadlıqların məhsulu kimi qarşımıza çıxır.70 ilin sovet əsarəti Azərbaycan insanının daxilində buxovladığı arxitekturanı, rəngarəng peyzaj qalereyasını və antik əşyalar dünyasını neft bumu yaşayan paytaxtımızın hər guşəsinə daşıyıb gətirməyə imkan verib.Axı yeraltı sərvətimizin heç olmasa bir damlası hamımızın damarımızdan keçib gedir…

Burada qurulmasına illər və böyük pullar sərf olunmuş,bir vaxtlar erməni sənətkarlarının əlindən aldığımız inşaat sənayemizin qanuniliyi, tikinti normalarına əməl etməsi şərti çoxlarına yersiz görünür.Axı parkı yaşayış məskəninə çevirənlər qeyri-rəsmi ödənişlərlə dövlətin bütün hüquq sistemini ala biləcəklərinə əmin olublar.Prezidentin dediyi kimi bütün günahları üstünə götürməyə və istənilən cinayət hökmünə möhür vurmağa hazır olan şəhər bələdiyyələri paytaxt burqomistrlərinin arxa bağçalarında saxladıqları gecə gözətçilərinə çevrilib.

Lakin bir çoxlarının müstəntiq qiyafəsində maraqla kimə məxsusluğunu sual etdiyi villalar təkcə Bayılda tikilməyib və onu belə intizarla gözləmək heç də ədalət hissindən xəbər vermir.Nəyin mənbəyini öyrənmək istəyirlər-xərclənən pulların,yoxsa, alınan adamların? Məgər yükəsk materiyadan danışıb hamını sovet təvazökarlğına çağıranlar sufi ömrü yaşayıb o məkanlardan imtina edərdilər? Əsla yox.Ona görə sadə xalqın diskussiyalarnı düzgün məcraya yönəltmək ictimai rəyi fromalaşdıran institutların ümdə vəzifəsidir.Dünənə qədər müxtəlif neft buruqlarının gilyotina bıçağına çevrilərək kəsdiyi gecəqondu evlərinin dağılmasındakı mənzərə ilə Bayıl ehramlarının uçurulması yalnız bir cəhətinə görə fərqlənir: koması başına uçurulan fəqir evlərinin sahibləri nəinki qaçıb gizlənmir,əksinə,günəş altındakı son nəfəsliyi uğrunda əsil ölüm-dirim savaşına çıxırdılar.Türkiyədə tez-tez gördüyümüz mənzərədir,deyilmi? Halbuki hər kəsin evlə təminatı üçün əlçatan şərtləri yaratmaq azdır,insanların buna yetəcək qədər vəsaitinin olması naminə nəhəng zavodları,fabrikləri hərəkətə gətirmək,yüksək texnologiyaya dayanan kütləvi məşğulluq sahələrini yaratmaq hər bir hökumətin borcudur.

BAHALI HƏBSLƏR DÖVLƏTƏ BAHA BAŞA GƏLİR

Dövlətin əraziləri isə təkcə Bayılda ələ keçirlimir.Siyahısı tutulsa,yüz min hektarlarla münbit torpaqlar,meşələr,təbii qoruq zonaları,hətta mədən yataqları və yamaclar da şəxsi mülkiyyətlər altına düşür.Buradaca vurğulayaq ki,streteji layihələr həyata keçirilərkən,o cümlədən, müxtəlif infrastruktur dəyişilikləri zamanı on minlərlə torpaq sahibi dövlətdən ədalətli kompensasiya tələb edirdi.Qanunlar belə razılaşmaların dəqiq hüquqi çərçivənisini müəyyənləşdirsə də vətəndaşla məmur arasındakı sövdələmələri Quran ayəsinə büküb imzalamaq heç də hər zaman mümkün olmur.Bəs onda dövlətin mülkiyyətinə əl uzadılırsa,hansı cəza mexanizmi işə düşməlidir?

Əlbəttə,həbsxana haqqında ümumiyyətlə danışmağa dəyməz.Çünki son kredit milyonçularının qanunazidd əməlləri üzündən məhbəs bir neçə varlını artıq qəbul edib və həyatını belə kardinal dəyişənlərin hesabına ölkənin ictimai-siyasi mənzərəsi xeyli dəyişib.Təəssüf,dünyada bahalı həbslərin statistikası yoxdur.Lakin buna bolşevikcəsinə sevinənlər də çox səhv edirlər.Çünki əski inqilabçılar nəslindən fərqli olaraq müasir katorqanın içərisindən çıxanlar azadlığa döndükləri andan itirdikləri dəbdəbəni qaytaramq üçün bütün vasitələri yenidən işə salırlar.Dünyada bu mərhələni çoxdan keçən onlarla ölkə var.Kapitalistlər birləşməyi bacarırlar.Onlar ictimai rəyə təsir etməyə,sisial toqquşmalar törətməyə qadirdilər.Çünki nüfuza və geniş əlaqələrə malikdilər. Ona görə həmin təbəqə ilə həssas davranmağa məcbursan.

Baxın,keçmişdə yalnız məzlumlara güc göstərildiyini iddia edənlərin çoxu,indi Azərbaycanda böyük kapitala və biznesə basqıdan danışmağa başlayıblar. Doğrudan da pulun özünə təhlükə görərəkən sabit və təminatlı məkanlara üz tutması yeni hadisə deyil.Türkiyənin birjalar ittifaqının bu ilin yanvar-aprel ayları ərzində orada ortaq yaradılmış 60 şirkətdə,o cümlədən,16 səhmdar cəmiyyətdə azərbaycanlıların da yer aldğını açıqlaması maliyyə sızıntıları haqqında iddiaların əsassız olmadığını sübut edir. Düzdür,yatırılan investisiyanın məbləği bir neçə milyon dolları keçmir,ancaq rəsmi elan olunan və gizlində qalan vəsaitlərin hər manatına ölkə iqtisadiyyatında əlahiddə ehtiyac duyulduğunu hər kəs etiraf edir.

Dövlətlə dövlətlilərin savaşı tarixdə burjua inqilabları ilə nəticələnib. İndiki Amerika aritokratiyasının kriminal keçmişini yada salan çox az adam var. Morqanlar və Rotşildlər istənilən partiya və qrupun üzərində hakimiyyət qurmağı bacarıblar.Ona görə də burjuaziya ilə müttəfiq olmaqdan başqa yol qalmır. Baxın,imtiyazlı zümrə həmişə siyasi iqtidarları şantaj etməyi bacarıblar.Axı paytaxt merinin qarşısına çıxmayanlar,həmişəlik Volter sükutu elan eləməyəcəklər. Onların müxtəlif vəzifə adamlarına bağlılığı rəsmən bəyan olunursa,onda gələcək sabotajlar,iqtisadi və siyasi əngəlyaratmalar qaçılmaz olacaq.Qazanılmış pulların dövlətin əleyhinə işləməsi,yaxud müxalif qüvvələrin əlinə keçməsi ötən əsrin 90-cı illərində bütün postsovet məkanındakı qeyri-sabitliyin başlıca səbəbləri idi.Satılmağa hazır olan medianın,hər bir narazı hökumıt yetkilisini himayəyə götürməyə qadir xaici mənafe qruplarının dünyasında yaşadığımızı bir an belə unutmamalıyıq. Bəli,siyasət maraqları idarəetmə sənətidir!

SAĞ QALMAQ VƏ YA VARLILAR ÜÇÜN YAZILMIŞ QANUNLAR

İki gün əvvəl Putin “böyük Rusiya” konfransında növbəti dəfə xalq arasında daha çox dartışılan “oliqarxların yönəltidiyi dövlət” iddialarına ustalıqla cavab verdi. Rusiyanın biznes elitasından bir qovluq şikayət məktubunu qəbul edən rus president iş adamlarını hakimiyyyətlə gizli sövdələşməyə, dar dəhlizlərdə razılaşmaya deyil,açıq yollarla,hamının aşkar görə biləcəyi vasitələrlə özünə üstün şərait yaratmğa səslədi.Rüşvətlə deyil,qanunlarla işləməyə çağırışın, Putinin hamı üçün bərabər imkanlar təklifinin havadan necə asılı qaldığını görməmək mümkün deyildi-narazı baxışlar, kristillaşmış proteksiyaçılıq ənənələrinin qısa zaman ərzində dəyişilməsinin mümkün olmadığını bir daha göstərdi.

Azərbaycanın yaxın keçmişində böyük ticarət mərkəzləri olan Amay Abdullanın günahlarının nə olduğunu yalnız məhkəməmiz bilir.Lakin hər dindirilməsində müxtəlif hüquqi aktlara baş vuran sabiq biznesmenin qanunla silahlanması yaşadığımız dövrün başlıca dərsləridir.Cəmi bir dəfə “sağ qalma” yarışlarını izləyən hər kəs əmin olur ki,vəhşi təbiətdə mövcudluğunu qorumaq üçün nəhayətdə, hüquqi normaları tanımalısan.Bunun alternativi yoxdur.

Ərazilərimizin işğal reallığı indi paytaxtda daha yaxşı duyulur.Torpaq fondları tükənməkdə,əhalimiz isə artmaqdadır.Ona görə bütün qəsr və qalalara müharibə aça bilməyəcəyimizi nəzərə alıb dünyanın getdiyi yola baş vurmalıyıq.Qərblilər sovet adamlarına ötürdükləri sistemin növbəti həlqəsini təklif edirlər:bahalı mülklərə yüksək vergi və məbləği hər ölkədə fərqli olan yuxarı gəlirlərə diferensial öhdəliklər tətbiq etmək varlılarla savaşı hüquq müstəvisinə gətirməyin yeganə yoludur.Dövlət təminatlı vətəndaşlarının hesabına güclüdür.Sadə xalq dilinə çevirsək,bütün zümrələrə münasibətdə ədalətili olmağın yolu hər kəsdən qazandığı və ya mailk olduğuna uyğun vergi almaqdır.

Ona görə də Bayılda həbsxana divarlarının yerində villalar ucaltmaq istəyənlərə sadəcə qanuni menyünü göstərmək lazımdır.Dövlətin torpağını mülkə çevirənlər çoxmilyonluq malkinalərində kirayə yaşamağa razı olmayıb sonda haqqa dönəcəklər.Bax onda Dövlət Bayrağının kölgəsinə hamı bir millət kimi toplaşa biləcək!

Depardye nahaq yerə Parisi Moskvaya dəyişməmişdi ki!

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
13:35 09.08.2025
Qazaxıstanda iyul ayında itmiş hərbi helikopterin parçaları və meyit tapıldı
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
13:25 09.08.2025
Fransa Azərbaycanla Ermənistan arasında əldə olunan sülh razılaşmasını alqışladı
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
13:19 09.08.2025
"Mançester Yunayted"in hücumçusu İtaliyaya qayıda bilər
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
12:55 09.08.2025
Cəlilabadda çaqqal kənd sakinlərinə hücum etdi - xəsarət alanlar var
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
12:45 09.08.2025
"İlham Əliyev Azərbaycan tarixində daha bir şanlı səhifə açdı, sülh səhifəsi" - Səbuhi Abbasov
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
12:38 09.08.2025
Göyçayda zəlzələ zamanı dağıntı və ya insan xəsarəti olmayıb
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
12:30 09.08.2025
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVA PROQNOZU
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
12:24 09.08.2025
Tailand əsgərləri Kamboca sərhədi yaxınlığında minaya düşüb
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
12:19 09.08.2025
Ağ Evin rəsmi "X" hesabında Donald Trampın İlham Əliyevi qarşılaması ilə bağlı video paylaşılıb
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
11:58 09.08.2025
Paşinyan Rusiyanı regional kommunikasiyaların açılmasına mane olmaqda ittiham etdi
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO
11:55 09.08.2025
"Kuruluş Osman"ın aktyoru ata oldu - FOTO