Bayılda bu mənzillər hər an uça bilər - VİDEO

Bayılda bu mənzillər hər an uça bilər - VİDEO
SOSİAL
00:36 18.04.2026
773
Yuxarıdakı evlər hər an aşağıdakı evlərin üzərinə uça bilər...Torpaq sürüşdüyü üçün, yol çöküb, hasarda isi iri çatlar əmələ gəlib...

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki,10-a yaxın mənzil sakinin təhlükəli vəziyyətdə yaşadığı ünvan paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Badamdar yolu, ev 15 B və 5 D-dir.

Sakinlər deyirlər ki, evlərin qarşısındakı yolun və hasarın bu vəziyyətə gəlməsinə səbəb intensiv yağışlardır.

Şikayətçilərin sözlərinə görə, aidiyyəti qurum tərəfindən əraziyə baxış da keçirilib. Lakin sakinlərin gedəcək yeri olmadığı üçün elə bu evlərdə yaşamalı olurlar.

O da bildiridli ki, qeyd olunan hal ilk dəfə deyil baş verir. Bu günə qədər yaranan qəzalı vəziyyətlə bağlı sakinlər özləri lazımi tədbirləri görüblər.

Məsələ ilə bağlı FHN-dən bildirildi ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən sözügüdən ünvana baxış keçirilib, vəziyyət haqqında akt tərtib olunub, aktın bir nüsxəsi aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanlarına göndərilib.

Səbail rayon İcra Hakimiyyətindən isə bildirildi ki, torpaq sürüşməsi ilə bağlı aidiyyəti üzrə qurumlara rəsmi müraciətlər edilib.

OXŞAR XƏBƏRLƏR