Bayrağı təhqir etməklə özünü biabır edən Camal Əliyə...

Bayrağı təhqir etməklə özünü biabır edən Camal Əliyə...
Bütün Xəbərlər
17:11 24.06.2013
9079

Əfsələddin Ağalarov

Avropanın havasındanmı, suyundanmı bilmirəm, amma ora gedənlərin çoxu bir müddət sonra “facebook”da zirehli “sərkərdə”yə çevrilir. Özünü Azərbaycanda yaşayan insanlardan daha müasir, daha demokratik, daha üsyankar hesab edən bu “sərkərdə”lər demək olar ki, hər gün sosial şəbəkələrdə cəmiyyəti hakimiyyətə, hakimiyyəti də cəmiyyətə qatıb söyüşləri mirvari kimi düzürlər. Əslində bu “sərkərdə”lərin özlərinin sıravı piyadaları da var. Öz beyinləri, düşüncələri olmayan bəzi gənclər də bu şəxsləri Azərbaycanın xilaskarı, xalq qəhrəmanı hesab edirlər. Elə məhz bu səbəbdən də Həbiblər, Eminlər, Camallar da bundan qürurlanıb asiliklər etməyə başlayırlar. Demokratik düşərgəyə xidmət adı altında hər gün statuslarda söyüşün biri bir qəpiklik edən bu şəxslərə hansısa fərqli fikir yazanda onların “fanat”larının hücumuna məruz qalırsan. Adamlar demokratiyanı yalnız söyüşdə, təhqirdə görürlər. Dünən onlardan biri öz iç üzünü hər kəsə nümayiş etdirdi. Əvvəl oxuduğu sərsəm musiqiləri ilə gündəmə gələ bilməyəcəyini anlayan Camal Əli bu dəfə Azərbaycan bayrağı ilə öz tərbiyəsinə, “şəxsiyyət”inə uyğun rəftar etdi. Yadımdadı, Camal Əli müxalifətin “izdihamlı” adlandırdığı mitinqlərin birində əlinə pivə alıb meydana çıxdı və mikrafonla öz mədəniyyəti, tərbiyəsinə uyğun ifadələr işlətdi. Daha sonra o həbs ediləndə, bir qrup azadlıq fədaisi sosial şəbəkələrdə Camal Əliyə azadlıq tələb edirdilər. Və düşünürəm ki, Camal Əli dünənki hərəkətiylə həmin şəxsləri də pərişan etdi. Siyasətə “Meydan Tv” ilə transfer olmağa çalışan Camal Əlinin Azərbaycan bayrağını təhqir edən fotosuna gələn şərhləri oxuyanda, ortaya maraqlı mənzərə çıxır. Hələ bir neçə gün bundan öncə Camal Əli haqqında yüksək fikirdə olanlar, onu demokratiya fədaisi adlandıranlar indi onun haqqında ən yaxşı halda “şərəfsiz” sözünü yazmaqla kifayətlənirlər. Osuzda nə yazırıqsa yazaq, nə deyiriksə deyək çifayda... Artıq bu foto erməni səhifələrdində günün trendinə çevrilib. Mübariz İbrahimovun, Ramil Səfərovun özünü bilə-bilə fəda etdiyi şanlı bayraq, indi Camal Əli kimi ailə tərbiyəsindən yoxsul insanların hədəfinə çevrilib. Adı heç bir dəftərdə olmayan Camal Əli bayrağı təhqir etməklə gündəmə gəlmək istəyir. Ancaq fotoya gələn şərhlər onu göstərir ki, Camalın bu dəfəki istəyi də gözündə qalacaq. Yadımdadı, bir neçə ay bundan öncə “Sapı özümüzdən olan baltalar” adlı bir yazı yazmışdım. Yazımda Əkrəm Əylislini və onun erməni sevgisini tənqid etmişdim. Özünü kreativ göstərməyə çalışan bu cür insanları ifşa etməyin bizlərin borcu olduğunu xatırlatmışdım. Elə bunlardan biri də “Meydan”çıların açdığı televiziyadır. Həmin televiziya ki, cəmiyyətə Camal Əli kimi satqınları sırıyıb, onu qəhrəman edib, cəmiyyətə təqdim edir. Həmin televiziya ki, bu gün Azərbaycanı təhqir edən şəxsləri öz ətraflarına birləşdirib. Allah mərdimazara lənət eləsin. İçimizdə sapı bizdən olan çoxlu sayda baltalar olsa da, Mübarizlər, Ramillər, Fəridlər kimi vətən yolunda özünü fəda edən oğlanlarımız da az deyil. Camal kimiləri özümüzdən aralı tutmağın yeganə yolu, cəmiyyətə onları sırıyanları ifşa etməkdir. Bu missiya bizlərin üzərinə düşür. Bayrağımızı, milli-mənəvi dəyərlərimizi qorumaq bizlərin işidir. 

Bu şərəfli yolda hamımıza uğurlar...

OXŞAR XƏBƏRLƏR