Qurban bayramı günlərində respublikanın daxili işlər orqanları gücləndirilmiş iş rejimində işləyir.
AZXEBER.COM xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən, nazirliyin bütün şəxsi heyəti oktyabrın 4-dən 8-dək əhalinin kütləvi istirahət və yaşayış yerlərində, digər ərazilərdə ictimai qaydanın, təhlükəsizlik tədbirlərinin daha da artırılması məqsədilə gücləndirilmiş iş rejimində çalışacaq.
Daxili İşlər Nazirliyinin şəxsi heyəti bayram günlərində vətəndaşların təhlükəsizliyinin təmin olunması, rahat və firavan istirahət etməsi üçün əlindən gələni əsirgəməyəcək.