Bayram günü yağış yağacaq

Bayram günü yağış yağacaq
Bütün Xəbərlər
13:59 24.10.2012
1072
Qurban bayramının ilk günü respublikanın əksər bölgələrində arabir yağış yağacaq, havanın temperaturu oktyabr ayının iqlim norması daxilində olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17, gündüz 20-23 dərəcə isti təşkil edəcək.
OXŞAR XƏBƏRLƏR