Bayramda hava necə olacaq?

Bayramda hava necə olacaq?
Bütün Xəbərlər
13:27 24.12.2014
1249
Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 25-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi səhər mülayimləşəcək. Gündüz arabir güclənən cənub-qərb küləyilə əvəzlənəcək.Temperatur gecə 3-6, gündüz 8-11 dərəcə isti olacaq.Dekabrın 25-də rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
OXŞAR XƏBƏRLƏR