Bazar günü yağış yağacaq

Bazar günü yağış yağacaq
Bütün Xəbərlər
13:51 30.01.2015
611
Fevral ayının ilk günü ölkə ərazisində yağıntılı hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 1-də bəzi yerlərdə yağış yağacağı, havanın günün ikinci yarısında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti olacaq.Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında bazar günü hava şəraitinin əsasən yağmursuz keçəcəyi, Lənkəran-Astara zonasında yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.
OXŞAR XƏBƏRLƏR