Bazarda mənşəyi məlum olmayan məhsulların satıldığı müəyyən edildi - FOTO

Bazarda mənşəyi məlum olmayan məhsulların satıldığı müəyyən edildi - FOTO
Bütün Xəbərlər
15:02 07.05.2014
768
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Zaqatala şəhəri, Xətai küçəsi 5 ünvanında yerləşən "Zaqatala bazar-2" açıq tipli 
səhmdar cəmiyyətində dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, araşdırmalar zamanı müəyyən olunub ki, bazarda mənşəyi bilinməyən, gigiyenik və uyğunluq sertifikatları olmayan məhsullar satılır. Həmçinin, bazarda istismar olunan ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçirilmədiyi, ət məhsullarının satışı üçün ayrılmış sektorun natəmiz saxlanıldığı aşkar edilib.
Bundan başqa kənd təsərrüfatı məhsullarının yerə düzülərək natəmiz şəraitdə, şirniyyat, ət və süd məhsullarının anti-sanitar vəziyyətdə və saxlanma rejiminə əməl olunmadan üstü açıq şəkildə satıldığı müşahidə edilib.
Aşkar olunmuş bu və digər nöqsanların aradan qaldırılması ilə bağlı bazar rəhbərliyinə iradnamə verilib, istifadə olunan ölçmə vasitələrinin istismarı və 
mənşəyi məlum olmayan məhsulların satışı qadağan edilib, inzibati xəta haqqında protokol tərtib olunub.
OXŞAR XƏBƏRLƏR