Bazarlarda çərəzin qiyməti - VİDEO

Bazarlarda çərəzin qiyməti -  VİDEO
SOSİAL
14:47 17.03.2016
3044
Novruz bayramı yaxınlaşdıqca bazarlarda çərəzlərə olan tələbat artır. Satış mərkəzlərində artıq bu məhsulların bolluğu müşahidə edilir. Bununla belə qiymətlər alıcıların ürəyincə deyil. Əməkdaşlarımız mövzunu bölgə bazarlarında araşdırıblar.
Novruz bayramında süfrədə əsas yer tutan nemətlərdən biri də çərəzlərdir. Artıq bir müddətdir bazarlardakı piştaxtalarda müxtəlif növdə olan çərəzlər təklif edilir. Bununla belə qiymətlər alıcıların ürəyincə deyil. Məhsul çox, alansa azdır. Elə Tovuz bazarında apardığımız müşahidələr də bunları sübut etdi. Alıcılar ötən illərlə müqayisədə bahalaşmanın olduğunu deyirlər. Elə satıcılar da qiymətlərdəki artımı etiraf etdilər. Tovuzdan fərqli olaraq Gəncə bazarlarında satıcılar qiymətlərdə nəzərəçarpacaq artımın müşahidə edilmədiyini dedilər. Cənub bölgəsindəki bazarlarda apardığımız müşahidələr də çərəzlərin qiymətinin ürəkaçan olmadığını göstərdi. Ən baha qiymətə satılan isə badamdır. Ötən il 11-12 manata satılan bu çərəzin qiyməti bu il 20-24 manata təklif olunur. Şimal bölgəsində də alıcı və satıcılar qiymətlərdən şikayətlənirlər. Quba və Xaçmaz bazarlarında əsasən İran, Özbəkistan, Türkiyə və Rusiyadan gətirilən quru meyvələr piştaxtalarda əsas yer tutur. Qiymətlərə gəlincə, burada da ən bahalı çərəz badamdır - 1 kq-ı 21 manat. Kişmiş - 4-5, qoz ləpəsi - 12-13, xurma - 5, innab isə 4-5 manata təklif olunur. Bununla belə, Kənd Təsərrüfatı Nazirliyi faktı təkzib edir. Nazirlikdən bildirilib ki, qiymət məhsulun keyfiyyət göstəricisindən asılı olaraq dəyişir. Bayram ərəfəsində paytaxt və regionlarda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək. Nazirlik məhz bu yarmarkalarda qiymətlərə nəzarət ediləcəyini bildirir. Beləliklə, müşahidələrimiz zamanı məlum oldu ki, ölkə üzrə çərəzlərin və quru meyvələrin təxmini qiymətləri belədir. Qoz ləpəsinin 1 kiloqramı 14-15 manata, fındıq - 12-14 manata, innab - 2 manat 50 qəpik, ərik qurusu - 8 manat 50 qəpiyə, kişmiş - 6 manata, alça - 6 manata, meyvə qurusu - 6 manat 50 qəpiyə, püstə - 17-20 manata, şabalıd - 5-6 manata, xurma 6 manata təklif olunur.(region tv)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif
15:14 04.06.2026
İlk dəfə kredit alan müştərilər üçün “Yelo Bank”dan komissiyasız və endirimli təklif