BDU-da Abuzər Xələfovun 80 illik yubileyi keçirildi

BDU-da Abuzər Xələfovun 80 illik yubileyi keçirildi
GƏNCLİK
17:46 23.12.2011
2634
Bu gün Bakı Dövlət Unversitetində Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, universitetin kafedra müdiri, prezident təqaüdçüsü, “Şöhrət” ordenli, tarix elmləri doktoru, professor Abuzər Xələfovun anadan olmasinin 80, elmi-pedaqoji fəaliyyətinin 60 illiyi münasibətilə tədbir keçirilib. BDU Mətbuat və informasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, Abuzər Xələfov Azərbaycanda milli kitabxanaşünaslIq elmi məktəbinin yaradıcısı, ali kitabxanaçılıq-informasiya təhsilinin təşkilatçısı, görkəmli elm, təhsil və mədəniyyət xadimidir. Rektor deyib ki, Abuzər müəllim uzun illər boyu elmin və təhsilin tərəqqisinə çalışıb, onun milli koloritlərini zənginləşdirərək beynəlxalq nüfuzunu yüksəldib, xalqımızın adını daim uca tutub. Elə bu səbəbdəndir ki, professor səmərəli elmi-pedaqoji və ictimai-mədəni fəaliyyətilə həm Azərbaycanda, həm də xarici ölkələrdə geniş şöhrət qazanıb. Akademik bildirib ki, 50 ildən artıqdır ki, kitabxana işinin tarixi və nəzəriyyəsi problemlərilə məşğul olan, kitabxanaçIılıq təhsilinin nəzəri və metodoloji məsələlərini hazirlayıb tətbiq edən, ali kitabxanaçılıq təhsilinin müasir konsepsiyasının əsasını formalaşdıran, bununla da bu elmin inkişafinda və böyük bir kitabxanaçılar nəslinin yetişməsində müstəsna xidmətləri olan A.Xələfovun vətən və cəmiyyət, elm, mədəniyyət və təhsilin inkişafindakı xidmətləri ümummilli liderimiz Heydər Əliyev və onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən öz dəyərli qiymətini alıbdır.Professor Abuzər Xələfovun həyatı, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında dosent Knyaz Aslan məruzə edib, sonra çıxışlar və təbriklər olub.Təhsil naziri Misir Mərdanov yubilyarı təbrik edərək onunla bağlı xatirələri ilə bölüşüb. Qeyd edib ki, hələ cavan yaşından professor Abuzər Xələfov böyük hörmətə sahib, sözü keçərli bir insan olub. Qarşısına çıxan çətinliklərə baxmayaraq, Abuzər Xələfovun Kitabxanaçılıq-İnformasiya fakültəsini yaratdığını qeyd edən nazir Təhsil Nazirliyində keçirilən müvafiq görüşlərdə onun şura rəhbəri kimi dəyərli məsləhətlər verməsindən danışıb. Yubilyarın ən böyük xüsusiyyətlərindən danışan nazir onun ailə imkanlarını elmə, təhsilə sərf etməsinin şahidi olduğunu qeyd edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
15:42 21.08.2026
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
15:39 21.08.2026
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
15:33 21.08.2026
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
“Uzak Şehir” bu tarixdən başlayır
15:21 21.08.2026
“Uzak Şehir” bu tarixdən başlayır
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
15:14 21.08.2026
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
15:11 21.08.2026
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
15:06 21.08.2026
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Son qolunu vurmaq üçün meydana çıxacaq
15:03 21.08.2026
Son qolunu vurmaq üçün meydana çıxacaq
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
14:50 21.08.2026
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
14:39 21.08.2026
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
14:24 21.08.2026
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb