BDU-da 'Cinayətkarlıq və Cəza'nın təqdimatı oldu

BDU-da
GƏNCLİK
16:30 24.02.2012
2243
Bu gün Bakı Dövlət Universitetində hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünası İlham Rəhimovun Moskvanın “OLMA Media Qrupp” nəşriyyatı tərəfindən rus dilində çapdan çıxmış yeni kitabının təqdimatı keçirilib. BDU Mətbuat və İnformasya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, tədbirdə çıxış edən rektor Abel Məhərrəmov bildirib ki, təqdimat mərasiminin Azərbaycan xalqının Xocalı Soyqırımının 20 illiyinin qeyd etməsi ilə üst-üstə düşməsini böyük əhəmiyyət kəsb edir, çünki Xocalı Soyqırımını törədənlər hələ də cəzalandırılmayıb, dünya xalqları isə bu cinayətə qəti etiraz etməyiblər. Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, BDU-nun kafedra müdiri Məsumə Məlikova, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, BDU-nun kafedra müdiri Kamil Səlimov, Rusiya Federasiyası Dövlət Dumasının Komitə sədri Vladimir Pligin, Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubov kitabın əhəmiyyətindən bəhs ediblər. Qeyd ediblər ki, Azərbaycan aliminin monoqrafiyasında cinayət və cəzanın xüsusiyyətləri araşdırılır və yaranan problemlər təhlil edilir, cinayətə qarşı mübarizənin yeni yolları nəzərdən keçirilir. Hüquq fakültəsinin tələbələri, müəllimləri və bu mövzu ilə maraqlananlar üçün nəzərdə tutulan bu kitabın rəyçiləri Rusiyanın nüfuzlu hüquqşünasları Aleksandr Bastrıkin və Yuriy Qolikdir. Sonra İlham Rəhimov bütün çıxış edənlərə, o cümlədən tədbirə qatılanlara təşəkkür edib. Tədbirdə Rusiya Federasiyasının Baş Prokurorluq nəzdində Hüquq İnstitutunun direktor müavini Aleksey Salnikov, general-leytenant Mozyakov Vitali Vladimiroviç, general-leytenant İqor Sobolevski, tanınmış vəkil Viktor Xmarin, Azərbaycan Respublikasının hərbi prokuroru Xanlar Vəliyev, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və s. iştirak ediblər. Qeyd edək ki, “Cinayətkarlıq və cəza” adlanan monoqrafiya cinayətkarlıq kimi sosial hadisənin və cinayət cəzalarının köklü problemlərinin və onların səciyyəvi xüsusiyyətlərinin təhlilinə həsr edilib. Əsərin müasir cinayətkarlıq spesifik xüsusiyyətləri, onlarla mübarizənin yeni üsullarının, vasitə və metodlarının tətbiqi məsələləri, eləcə də, cinayətkarlıqla mübarizədə cəzanın zəruriliyi və labüdlüyü ilə bağlı məsələlər nəzərdən keçirilib. Kitab ali məktəblərin hüquq fakültələrinin tələbələri, müəllimləri və aspirantlar üçün nəzərdə tutulub. Kitabdan cinayətkarlıq və cəza məsələləri ilə maraqlanan geniş oxucu kütləsi də faydalana bilər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib
12:39 21.08.2026
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib