BDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib
GƏNCLİK
13:55 30.12.2011
1979
Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov, Atatürk Mərkəzinin rəhbəri, millət vəkili Nizami Cəfərov, AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev çıxış ediblər. A. Məhərrəmov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriklərini çatdıraraq deyib ki, bu günün qeyd olunması Heydər Əliyevin adı ilə bağlıdır: “Dünyanın 70 dövlətində olan icmalarımız bu bayramı təntənəli şəkildə qeyd edirlər. Yer üzündə elə bir dövlət yoxdur ki, 9 milyonu öz ərazisində, 40 milyondan çoxu isə qalan dövlətlərin ərazisində yaşasın. Bu, bizim günahımız deyil. Torpaqlarımızı alıblar, dövlətimizi parçalayıblar, erməniləri yerləşdirərək onlara dövlət yaradıblar. Biz birliyimiz uğrunda mübarizə aparmalıyıq. Bu işdə bizə xarici ölkələrdəki diaspor təşkilatlarımız da kömək göstərməlidir. 31 dekabr 50 milyonluq azərbaycanlının həmrəyli bayram etdiyi gündür. Ümummilli liderimizin sözlərini xatırladaraq demək istəyirəm ki, dünya azərbaycanlılarının ancaq bir müstəqil dövləti var. Bu, Azərbaycan Respublikasıdır. Biz hamımız onun ətrafında birləşməliyik”.