BDU-da elmi konfrans keçirildi - FOTOLAR

BDU-da elmi konfrans keçirildi -  FOTOLAR
Bütün Xəbərlər
14:24 31.05.2013
1257

Bu gün Bakı Dövlət Universitetindəgörkəmli dilçi alim, ədib professor Bəkir Çobanzadənin 120 illik yubilüyinəhəsr olunmuş “Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransı öz işinə başlayıb.

BDU-nun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, konfransın plenar iclasını giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov konfransın əhəmiyyətindən və B. Çobanzadənin Azərbaycan elminə verdiyi töhfədən bəhs edib, onun yaradıcılığından danışıb.

Daha sonra AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev “Bəkir Çobanzadənin elmi fəaliyyəti” adlı məruzə ilə çıxış edib, B. Çobanzadəninşeirləri dinlənilib.

Qeyd edək ki, konfrans öz işini üç bölmədə davam etdirir, ümumən 72məruzə dinləniləcək.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 31 may 2013-cü il.

OXŞAR XƏBƏRLƏR