BDU-da imtahan sessiyasında dəyişiklik

GƏNCLİK
10:27 06.01.2011
4088

Bu haqda BDU-nun Mətbuat və İnformasiya şöbəsindən bildirilib. İmtahan başlamazdan öncə fakültə dekanları, koordinator və rəhbər-koordinatorların iştirakı ilə rektorun görüşü keçirilib. Çıxış edən akademik Abel Məhərrəmov qış imtahan sessiyası haqqında danışıb, dekanları, koordinator və rəhbər koordinatorları prosesə ciddi nəzarət etməyə, tələbələrin biliyini obyektiv qiymətləndirməyə çağırıb. Rektor bildirib ki, tələbələrə daha ciddi nəzarət etmək, bu ilk dəfə köçürmə hallarının qarşısını almaq üçün bütün auditoriyalarda kameralar quraşdırılıb. Bu işlərə nəzarət edəcək Elektron Tədris Mərkəzi haqqında danışan rektor bildirib ki, qurum BDU-nun 2006-cı ildən etibarən Boloniya prosesinə qoşulması ilə əlaqədar bu prosesin prinsiplərinin həyata keçirilməsinə ciddi nəzarət edilməsi, universitetdə bakalavriat və magistratura pillələri üzrə tədris prosesinin gedişinə, eyni zamanda, imtahan sessiyasının mütəşəkkil keçirilməsinə nəzarət etmək məqsədilə yaradılıb.

İmtahanlar 5 fakültə, 38 auditoriyada aparılacaq. Monitorinq imtahanlarına 3, testlə keçiriləcək imtahanlara isə 2 saat vaxt veriləcək. Tələbələr qiymətlərini növbəti gün saat 13.00-da dekanlıqlardan öyrənə biləcəklər.

 

İmtahanlara nəzarət edəcək müəllimlərin bölgüsü başa çatdıqdan sonra rektor imtahan keçirilən auditoriyalarda olub. Fizika fakültəsinin Differensial tənliklər, Riyazi-fizika üsulları, Praktik astrofizika, Biologiya fakültəsinin isə  torpaq erroziyası, entimologiya, fəlsəfə, onurğalılar zoologiyası və mərkəzi sinir sistemi fənlərindən imtahan verən  II, III və IV kurs tələbələri ilə söhbət edib, sualların keçirilmiş mühazirə mətnlərinə uyğun olub-olmaması ilə maraqlanıb. 

 

OXŞAR XƏBƏRLƏR