BDU-da mühafizəçi tələbələri qorxudaraq onları necə soyur? - İDDİA

BDU-da mühafizəçi tələbələri qorxudaraq onları necə soyur? -  İDDİA
Bütün Xəbərlər
15:50 16.12.2015
2992

"BDU-nun mühafizə xidmətinin rəhbəri Mahir Höcətov digər mühafizəçilərlə əlbir olub, qarşılarına çıxan tələbələrin vəsiqələrini bir bəhanə ilə əllərindən alırlar və əgər 10-15 AZN verməsələr vəsiqəni qaytarmayacaqları, ailələrini çağıracaqlarını deyərək hədələyirlər"

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı blogger Mehman Hüseynov yazıb.

Bloggerin sözlərinə görə, son vaxtlar Bakı Dövlət Universitetində oxuyan tələbələr sosial şəbəkələrdə bu insan haqda çoxlu şikayət edirlər: "Tələbələrin dediklərinə görə, BDU-nun mühafizə xidmətinin rəhbəri Mahir Höcətov digər mühafizəçilərlə əlbir olub, qarşılarına çıxan tələbələrin vəsiqələrini bir bəhanə ilə əllərindən alırlar və əgər 10-15 AZN verməsələr vəsiqəni qaytarmayacaqları, ailələrini çağıracaqlarını deyərək hədələyirlər. Etiraz edən tələbələrə də "ölkədə krizis var, bəs necə dolanaq?" deyə səbəb gətirirlər!

Tələbələrin dediyinə görə dəfələrlə ictimailəşdiriblər bu problemi amma rəhbərlik bu məsələyə diqqət ayırmır.

OXŞAR XƏBƏRLƏR