BDU-da "Tələbə Klubu" yaradıldı

GƏNCLİK
20:03 02.03.2011
2566

Bu haqda AZXEBER.COM-a klubun təsisçisi Elmar Quliyev məlumat verib: “Bakı Dövlət Universiteti Tələbə Klubu Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən orqandır.Tələbə Klubunun əsas məqsədi universitetimizin tələbələrin asudə vaxtının səmərəli keçirilməsini təmin etməkdir”

E. Quliyev həmçinin qeyd edib ki, Tələbə klubu tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün yaradılıb: “Tələbə Klubunun fəaliyyəti yalnız universitet daxlində olacaq və universitetimizin tələblərini əhatə edəcək. Dünyanın ən tanınmış universitetlərində belə Tələbə Klubu (Student Club) fəaliyyət göstərir. Müasir dövrdə, habelə dünya reytinqində öndə gedən universitetlərdə tələblərin asudə vaxtının daha mükəmməl səmərəli keçirilməsi üçün qeyri-formal təhsil formalarından istifadə olunur”.

 

 

OXŞAR XƏBƏRLƏR