BDU-da ümummilli lider Heydər Əliyevi anım mərasimi keçirildi

BDU-da ümummilli lider Heydər Əliyevi anım mərasimi keçirildi
GƏNCLİK
18:41 09.12.2011
2589
Bu gün Bakı Dövlət Universitetinin «Heydər Əliyev məktəbi»ndə ümummilli lider Heydər Əliyevi vəfat etməsinin 8-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov ulu öndər H.Əliyevin misilsiz tarixi xidmətlərindən və azərbaycançılıq ideyalarından bəhs edib. Akademik A.Məhərrəmov Heydər Əliyevin Bakı Dövlət Universitetinin dünya şöhrətli məzunu olmasından, universitetin yubileylərinin keçirilməsinə göstərdiyi diqqət və qayğıdan danışıb. Akademik A.Məhərrəmov söyləyib ki, Bakı Dövlət Universiteti bugünkü səviyyəsinə, beynəlxalq nüfuzuna, dünya şöhrətli məzunlarına və yüksək elmi potensialına görə Heydər Əliyevə borcludur. Rektor ümummilli lider H.Əliyevin siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və ölkəmizin hər bir sahədə inkişaf etdiyini də qeyd edib.Daha sonra BDU-nun qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, AMEA Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov çıxış edib. Y.Mahmudov Bakı Dövlət Universitetinin hər zaman ümummilli lider Heydər Əliyevi hörmət və ehtiramla anmasını yüksək dəyərləndirib və Heydər Əliyevin ümumdünya tarixinin azərbaycanlı dahisi olduğunu və dünyanın Atatürk, Vaşinqton, Nehru, Şarl de Qoll kimi nadir tarixi simaları arasında öz layiqli yerini tutduğunu söyləyib.Sonra BDU-nun sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov çıxış edib. O, Heydər Əliyevin rəhbərliyi altında çalışdığını və ulu öndərlə dünyanın bir çox ölkələrində olduğunu vurğulayaraq, xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. Heydər Əliyevin dünyada böyük nüfuza və hörmətə malik olduğunu qeyd edən İ.Rüstəmov onunla hər bir azərbaycanlının fəxr etdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
15:42 21.08.2026
Ayan Qəmbərova: "Məqsədimiz peşəkar qiymətləndirici korpusu formalaşdırmaqdır"
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
15:39 21.08.2026
Bu dövlət qurumunda 11 rəis VƏZİFƏSİ BOŞDUR - SİYAHI
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
15:33 21.08.2026
Prezident TRIPP üçün Özbəkistanın rolunu açıqladı
“Uzak Şehir” bu tarixdən başlayır
15:21 21.08.2026
“Uzak Şehir” bu tarixdən başlayır
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
15:14 21.08.2026
“Əvvəl 4 kilo ət alırdısa...” - Bahalaşma ailələrin büdcəsini necə dəyişdi?
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
15:11 21.08.2026
Bakıda kuryerlər arasında mübahisə qanla bitdi - VİDEO
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
15:06 21.08.2026
Salyanda avtomobil piyadanı vuraraq öldürüb
Son qolunu vurmaq üçün meydana çıxacaq
15:03 21.08.2026
Son qolunu vurmaq üçün meydana çıxacaq
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
14:50 21.08.2026
“Sosial şəbəkələrdən istifadə və bunun cəmiyyətə təsiri” sosioloji sorğunun nəticələri
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
14:39 21.08.2026
İcra başçısı yeni salınmış intensiv meyvə bağı ilə tanış oldu - FOTOLAR
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
14:24 21.08.2026
İlham Əliyev: İlin əvvəlindən Azərbaycanı 44 min Özbəkistan vətəndaşı ziyarət edib
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb