BDU ilə “British Council” memorandum imzaladı

GƏNCLİK
13:51 09.03.2011
2235

BDU-nun mətbuat və informasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, görüşdə BDU ilə “British Counsil” arasında anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi “British Council”un “Ali təhsilin beynəlmiləlləşdirilməsi” layihəsi sahəsində fəaliyyətlərin koordinasiyası və davamlı əməkdaşlıq üçün çərçivə müəyyən etməkdən ibarətdir. 

“Ali təhsilin beynəlmiləlləşdirilməsi” layihəsi “British Council”un ali təhsil sahəsində həyata keçirdiyi bir proqramdır. Əsas məqsəd ali təhsil sahəsində qlobal əməkdaşlıq, yəni ali təhsilin müxtəlif aspektlərinin, keyfiyyət təminatı, ölkələrarası təhsil, sahibkarlıq və müəssisələr, ötürülə bilən bacarıqlar və səriştənin inkişafıdır. Memorandumda təhsil sistemində mühüm aspektlərin inkişaf etdirilməsi üçün “British Council”un dəstəyi ilə BDU ilə Birləşmiş Krallığın müvafiq ali təhsil müəssisələri arasında uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulur ki, buraya elmi işçilər, fakültə heyəti və müəllim heyətinin mübadiləsi də daxil ola bilər.

Memorandumda, həmçinin ingilis dili müəllimlərinin ingilis dili biliklərinin təkmilləşdirilməsi və qeyri-ingilis dilini tədris edən müəllimlərin ingilis dili səviyyəsinin artırılması da nəzərdə tutulur.



Çap üçün variant Seçilmişlərə əlavə et Poçtla göndər RSS üçün keçi

OXŞAR XƏBƏRLƏR