BDU Jurnalistika fakültəsində nə baş verir? (KÖŞƏ)

BDU Jurnalistika fakültəsində nə baş verir? (KÖŞƏ)
KÖŞƏ
18:09 12.11.2011
4302
4 ildir Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyuram. Bu 4 il ərzində ilk dəfə bir dəyişikliyin şahidi oldum. Çünki bu fakültə eynilə Azərbaycan təhsil sisteminə uyğun “kişinin sözü bir olar” prinsipilə fəaliyyət göstərir. Amma bu gün deyəsən şeytanın ayağını sındırıblar. Belə ki, fakültədəki xadimə xalaların oturduğu və növbətçilərin fakültənin keşiyini çəkdiyi stolun yerini dəyişiblər. Üçüncü mərtəbəyə qalxar qalxmaz bu dəyişiklik gözümdən yayınmadı. “Xala, nə məsələdi? Axi bu fakültə dəyişikliyin nə böyüyü nə kiçiyinə hazır deyil, bundan rəhbərliyin xəbəri varmı?”- deyə sorğu suala tutdum. Xala isə cavabında dedi ki: “bala, bura pəncərənin qabağıdı, deyirəm gün vurar biraz isinərik.”Fakültədəki bu düşüncə və dəyişikliyə meyilliyik məni lap sevindirdi. Axı necə ola bilərki, fakültənin siması olan bu stolun götürülməsi, adət ənənələrin pozulması, Yalçın müəllim demiş “fakültə qeyrəti” çəkməyib stolun yerinin dəyişdirilməsi etiraz doğurmayıb? Necə ola bilər ki, burdakı tələbələrə dəyişikliyin mümkünlüyünü göstərən bir addım atılıb? Axı biz tələbələr 40 ilə yaxındır ki,dəyişməyən və fakültə ilə həmyaşıd olan dərs proqramına əsasən təhsil alırıq. Hələ də jurnalist vətəndaşdır, jurnalist təbliğatçıdır deyən müəllimlərin mühazirəsində yuxulayırıq. Biz 2011-ci ilin tələbələri ola-ola 1960-80-ci illərdə çap olunan Tofiq Rüstəmov, Nurəddin Babayevin sapsarı, naftalin iyi verən kitablarından kurs işləri yazırıq. Elektron mühazirə oxumaq imkanımız ola-ola qollarımız sınsa da dözüm nümayiş etdirib mühazirələri dəftərə köçürürük. Bütün bu ənənəyə sadiqliyimizdən sonra kim çıxıb dekanımıza deyə bilər ki, gəl bu stolun yerini dəyişək? Dekan bunu fakültəyə xəyanət, dəyərlərimizə sayğısızlıq adlandırmazmı? Deməli mümkünimiş. Xadimə xalanın günə çıxmaq, gün işığı görmək arzusu bizi həqitətən də fakültədə dəyişiklik etməyin mümkünlüyündən xəbərdar etdi.“Facebook”-da dostum bir yazı paylaşıb. Deməli, məsələ bu yerdədir ki,pilot universitet seçiləcək həmin universitetin jurnalistika fakültəsində təlim-tədris studiyası qurulacaq. Dostum bu məsləyə xeyli ümidsiz yanaşıb. Deyir bunu yenilik və inkişafa düşmən olan bizim fakültədə reallaşdırmaq mümkün deyil. Bir dəfə təklif gəlib rəhbərlik isə rədd edib. Amma əlbəttə ki, bu dostum fakültədəki stol dəyişikliyindən xəbərsizdir. Odur ki, mən də tələsik bir status yazıb onu məsələdən hali etməyə çalışdım ki, artıq fakültəmizdə irəliyə doğru ümid işığı görürəm, heç sıxma ürəyini!

Necə ki, xadimə xala gün işığı görmək istədi elə biz də bu sistemlə ağ günə çıxmağı ümid edərək “təhsil alıb” gedəcəyik, bizləri əvəz edənlər də eyni problemlə oxuyub bitirəcəklər. O vaxta qədər ki, fakültənin dərs proqramı dəyişilib müasir jurnalistika prinsiplərinə cavab verə. O zamana qədər ki, bu fakültə tələbələrin “sovet qalığı” adlandırdığı müəllimlərdən təmizlənə. Axı bü gün yeri dəyişilən o stol fakültəyə daha çox lazımdır, nəinki beyinləri dəyişməyən və jurnalistlərə siz təbliğatçısız deyən, beyinlərini zəhərləyən müəllimlər.

Aysel FƏRZİYEVA

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
17:00 17.06.2025
Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
16:32 17.06.2025
İsrailin müdafiə naziri: Tehrandakı 10 nüvə obyekti bu gün məhv ediləcək
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
16:28 17.06.2025
"Niyə məsuliyyətsiz, şüursuz, savadsız adamlar evlənir?" - Murad Arif dilə gəldi
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
16:27 17.06.2025
Lerik və Gədəbəyə yeni prokurorlar təyin edilib
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
16:20 17.06.2025
Çin lideri İsrailin İrana hücumlarından narahatdır
Tanınmış fotoqraf qəfil vəfat etdi
16:17 17.06.2025
Tanınmış fotoqraf qəfil vəfat etdi
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR