BDU Jurnalistika fakültəsinin dekanı dəyişdi - EKSKLÜZİV
GƏNCLİK
23:41 20.04.2012
2271
Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə dekan seçkiləri keçirilib. Fakültədən AZXEBER.COM portalına verilən məlumata görə, seçkilərdə 2 nəfər: Hazırki dekan müavini Sevinc Əliyeva və fakültənin mətbuat tarixi kafedrasının müdiri Şamil Vəliyev iştirak edib. Məlumata görə, Şamil Vəliyev kiçik səs faiziylə səsvermədə qalib gəlib. Qeyd edək ki, 2000-ci ildən fakültənin dekanı Yalçın Əlizadə idi. Xatırladaq ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 07 avqust 1996-cı il tarixli “Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydaları”na əsasən dekan həmin ali məktəbin ştatında olan professor və ya dosentlər sırasından dörd il müddətinə (ardıcıl iki dəfədən çox olmayaraq) seçilir.