BDU Jurnalistika fakültəsinin dekanı dəyişdi - EKSKLÜZİV

GƏNCLİK
23:41 20.04.2012
2272
Bu gün Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə dekan seçkiləri keçirilib. Fakültədən AZXEBER.COM portalına verilən məlumata görə, seçkilərdə 2 nəfər: Hazırki dekan müavini Sevinc Əliyeva və fakültənin mətbuat tarixi kafedrasının müdiri Şamil Vəliyev iştirak edib. Məlumata görə, Şamil Vəliyev kiçik səs faiziylə səsvermədə qalib gəlib. Qeyd edək ki, 2000-ci ildən fakültənin dekanı Yalçın Əlizadə idi. Xatırladaq ki, Azərbaycan Respublikası Təhsil Nazirinin 07 avqust 1996-cı il tarixli “Ali təhsil müəssisələrində dekan vəzifəsinə seçkilərin keçirilməsi qaydaları”na əsasən dekan həmin ali məktəbin ştatında olan professor və ya dosentlər sırasından dörd il müddətinə (ardıcıl iki dəfədən çox olmayaraq) seçilir. 

OXŞAR XƏBƏRLƏR