BDU Jurnalistika fakültəsinin dekanı İsmayıl Ömərovu kəskin tənqid etdi

BDU Jurnalistika fakültəsinin dekanı İsmayıl Ömərovu kəskin tənqid etdi
MEDIA
18:30 05.08.2013
2622

BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Şamil Vəliyev "525-ci" qəzetdə köşə yazısıyla çıxış edib. 

AZXEBER.COM-un məlumatına görə, o İTV-nin yeni rəhbərliyi haqda xoş sözlər yazıb, bundan öncəki rəhbərliyin fəaliyyətini isə tənqid edib. Şamil Vəliyev yazısında İsmayıl Ömərovun İTV-ni 1-ci kanal etməsinin düzgün olmadığını vurğulayıb. Həmin yazını təqdim edirik: 

Son illər ölkədə baş verən kadr dəyişiklikləri sevindirici təsir bağışlayır. Məsələ bundadır ki, işi – bilənə tapşırırlar. Baxın: məşhur pianoçu Murad Adıgözəlov – Azərbaycan Dövlət Filarmoniyasına, digər gözəl musiqiçi Murad Hüseynov isə – Beynəlxalq Muğam Mərkəzinə rəhbər təyin olunublar. Müasir gənclərimizin ən çox sevilən nümayəndələrindən biri, biliyi, intellektual imkanları və enerjisi şübhə yeri qoymayan Mikayıl Cabbarova bütün əhalinin bilik və intellekt məsələləri – təhsili tapşırılıb. Bəs İctimai Televiziyanın (İTV) baş direktoru vəzifəsinə Cəmil Quliyevin seçilməsi cəmiyyətdə necə razılıqla qarşılanıb! Bütün bunlar ona görədir ki, yeni təyinatlar, bu kadrlar yüksək səviyyəli mütəxəssis, əsl peşəkar, sadə dillə desək – işini bilən insanlar kimi tanınırlar.

İTV-nin yeni baş direktoru Cəmil Quliyev işə prinsipial tərzdə köklənib. İctimaiyyət onun televiziya sahəsindəki fəaliyyəti ilə “Mədəniyyət” kanalındakı işi sayəsində tanışdır. O, mədəniyyət üzrə ölkədə yaradılan ilk ixtisaslaşdırılmış kanalın birinci rəhbəri olub.

Həmin vaxt təyinat dövlət başçısı tərəfindən edilmişdi.

İndi etimad İctimai Televiziyanın Yayım Şurası üzvlərinin səsverməsi ilə göstərilib.

Həmin vaxt kanal elə startdan başlayaraq, özünü mədəniyyətdə həqiqi dəyərlərin daşıyıcısı kimi göstərdi, incəsənətdə bayağılığa, zövqsüzlüyə müharibə elan etdi. Cəmiyyət bunu həmin an duydu və lazımınca qiymətləndirdi. Maraqlıdır ki, milli televiziyamızın patriarxı Elşad Quliyev uzun illər Azərbaycanda “Mədəniyyət” kanalının yaradılmasını təkidlə israr edirdi. Heyf ki, arzuladığı kanalın efirini görmək, xüsusilə də “Mədəniyyət”ə doğma oğlu Cəmilin başçılıq etdiyini bilmək ona qismət olmadı.

İndi isə Cəmil Quliyev öz məsləkinə sadiq qalaraq İTV efirində də yüksək zövq duyğusunu təsdiqləyir. Və ...mədəniyyəti tətbiq edir. Axı mədəniyyətin yeri təkcə eyniadlı kanalda deyil, həyatımızın hər bir sahəsindədir.

“İctimai”də baş direktor kimi fəaliyyətinə isə C.Quliyev səhvlərin düzəldilməsindən başladı. Əvvəlki rəhbərlik öz kanalını “Birinci” adlandırırdı, ekranın küncünü isə “1” rəqəmi zəbt etmişdi. Bu hal son zamanadək davam edirdi: cəmi səkkiz yaşlı İTV özünü “Birinci” deyə reklam edərkən, ölkə televiziyasının 57 illik tarixini kölgə altına alırdı. Artıq həmin iddia geri götürülüb, loqotip dəyişdirilib. Lakin ağır təəssürat hələ də qalmaqdadır. Axı mətbuat, ədalətli tənqidçilər bu cür qeyri-sağlam rəqabətin yolverilməzliyinə dəfələrlə işarə etmişdilər. Lakin rəhbərlik ruhun deyil, vəzifə kürsüsünün əbədiliyinə möhkəm inanmışdı. Yəqin ona görədir ki, televiziyanın digər qaydasına da uzun müddət məhəl qoymurdu. Qayda isə belədir: verilişlərin proqramı dərc olunmalı, orada filmlərin adı göstərilməlidir. Amma hətta proqram ərsəyə gəldikdən sonra da film adı verilmirdi. Bununla belə bir məqsəd güdülürdü: başqa telekanalların proqramlarında adı yazılmış filmlər hamı üçün gözlənilmədən 1-2 gün, yaxud bir neçə saat əvvəl İTV-də nümayiş etdirilirdi. Yeni rəhbərlik sağlam rəqabəti seçib. Üstəlik, “Carçı” informasiya proqramı da artıq baş vermiş hadisələrin anonsundan əl çəkib...

Heç eybi yox ki, hərdən mətbuatda yeni İTV haqqında bədxahcasına fikirlər söylənilir. Axı həmin məqalələrin müəllifləri əvvəlki bu və ya digər qüsurlar, iftiralar barədə heç vaxt yazmayıblar. Bir zamanlar köhnə pisi görməyən indiki yeni yaxşını necə anlasın!..

Yaxşıya doğru dəyişikliklərsə həqiqətən var. İTV-yə bundan ötrü bacarıqlı mütəxəssislər, parlaq ideyalar, istehsalat məsələlərinin uğurlu həlli və böyük maliyyə imkanları tələb olunur. Təcrübə və intuisiyam mənə deyir ki, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun məzunu, öz pedaqoji karyerası ərzində yüzlərlə incəsənət mütəxəssisi yetişdirmiş, milli ziyalılıq ənənələrinə sadiqliyini gənc yaşlarından əməlləri ilə sübuta yetirmiş əməkdar incəsənət xadimi Cəmil Quliyev İctimai Televiziyanın işində köklü dəyişikliyə nail ola biləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
22:38 25.06.2026
Şəhidin qardaşı Prezidentə təşəkkür etdi
Ağstafada qaz olmayacaq
22:36 25.06.2026
Ağstafada qaz olmayacaq
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
22:23 25.06.2026
Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – Şahin Bağırov cavabladı
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
22:20 25.06.2026
Sabah Azərbaycandan Ermənistana benzin və dizel göndəriləcək
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
22:13 25.06.2026
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
22:07 25.06.2026
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
21:55 25.06.2026
Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
21:45 25.06.2026
Venesuelanı silkələyən fəlakət: Ölənlərin sayı 200-ə yaxınlaşır
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
21:42 25.06.2026
Dəyişkən iş qrafiki tıxac problemini həll edəcək? - VACİB AÇIQLAMA
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
21:33 25.06.2026
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
21:29 25.06.2026
Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
21:26 25.06.2026
Məktəbəqədər təhsil sahəsində yeni maliyyələşmə - VİDEO
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
21:14 25.06.2026
Sahibə Qafarova Afrika Qrupu nümayəndələri ilə görüşdü
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
21:10 25.06.2026
Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
21:02 25.06.2026
Azərbaycan və Niderlandın XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ
20:55 25.06.2026
Nənəsinin evindən fiziki məhdudiyyətli xalasının pullarını oğurladı - MƏHKƏMƏ