Onun hansı səbəbdən ölməsi məlum deyil.
Bakının Nizami rayonu ərazisində tələbə qızın meyidi tapılıb.Rayon Prokurorluğundan verilən məlumata görə, Naxçıvanski küçəsi ev 12-də yaşayan 19 yaşlı Nərgiz Qasımova müəmmalı şəraitdə ölüb. Nərgizin meyidini onunla eyni evdə yaşayan qohumu aşkarlayıb. Onun hansı səbəbdən ölməsi məlum deyil. Meyidin üzərində zorakılıq əlamətləri olmayıb. Onu da əlavə edək ki, N.Qasımova Bakı Dövlət Universitetinin fizika fakültəsinin 3-cü kurs tələbəsi olub. (Milli.az)