BDU-nun birinci kurs tələbəsi dəhşətli qəzanın qurbanı oldu - FOTOLAR

SOSİAL
09:59 19.02.2018
5057

Bu gün səhər 6 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, qəza nəticəsində vəfat edənlər arasında 18 yaşlı tələbə də olub. Mərhum Asif Vaqif oğlu Qardaşov BDU-nun Jurnalistika fakültəsinin birinci kurs tələbəsi olub.

Məlumata görə Asifin qardaşı da ötən il yol qəzasında vəfat edib. 




 


OXŞAR XƏBƏRLƏR