Bakı Dövlət Universitetinin doktorantı Rəşadət Şərifov universitetdən öz ərizəsiylə imtina edib.
AZXEBER.COM-un məlumatına görə, o öz facebook hesabında yazdığı xaric olunma haqqındakı ərizənin fotosunu yayımlayaraq bu sözləri yazıb:
”İnsanlarımızda belə bir fikir formalaşıb bir yerə qəbul olmusansa oranı mütləq nəyin bahasına olursa olsun bitirməlisən yoxsa el aləm nə deyər. Kökündən səhv fikirdir zamanı gəldikcə imtina etməyi də bacarmaq lazımdır.
Və ərizədə yazılmış tənqidi fikirlər bütöv universitetə aid deyil. Orda çox-çox dəyərli insanlar var. Ən başda da elmi rəhbərim Tariel müəllim. O dəyərli insanları heç vaxt unutmayacam”
![](/file/pic/xeber/2016-04-20/11118.jpg)