BDU-nun «Gənc istedadlar» liseyinin şagirdləri ABŞ-a gedəcəklər

BDU-nun «Gənc istedadlar» liseyinin şagirdləri ABŞ-a gedəcəklər
GƏNCLİK
15:13 07.03.2012
2366

Yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metoduna yiyələnməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin aşkara çıxarılması, ali təhsil müəssisələri ilə ümumi təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, təhsil sahəsində daha böyük uğurlar qazanmağa şərait yaradır.

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, bu məqsədlə təhsil naziri Misir Mərdanovun 12 oktyabr 2011-ci il sərəncamına əsasən, Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri tərəfindən yerinə yetirilmiş tədqiqat layihələrinin “Sabahın alimləri” adlı müsabiqəsi keçirilib. Müsabiqə 60 ildən artıqdır ki, keçirilir və iştirakçılardan sonralar Nobel mükafatına layiq görülənlər az deyil. Azərbaycan MDB məkanında Rusiya, Ukrayna, Qazaxıstandan sonra dördüncü ölkədir ki, bu müsabiqədə iştirak edir. Təhsil Nazirliyinin məsul əməkdaşları ABŞ-da layihə ilə bağlı bütün detalları öyrənmiş və onun Azərbaycanda reallaşmasına çalışmışlar. «Gənc istedadlar» liseyinin direktoru Qasım Hüseynovun verdiyi məlumata görə, müsabiqəyə təqdim olunan layihədə elmi yenilik olmalı, həmin iş gələcəkdə tətbiq sahəsi tapmalıdır: «Müsabiqəyə fərdi və ya qrup şəklində 59 layihə təqdim olunmuşdu ki, onlardan 48-i qəbul edildi. 12 şagirdimiz 9 layihə ilə iştirak etdi. 2 layihə kollektiv, digərləri isə fərdi şəkildə hazırlanmışdı. Həmin şagirdlərə böyük alimlər, yüksək ixtisaslı müəllimlər istiqamət vermişdi. Təbii ki, şagird savadlı, həvəsli, daim axtarışda olmaqla bərabər, düzgün istiqamət almaq imkanına malikdirsə, uğur qazanacaq». Q.Hüseynovun sözlərinə görə, layihələr Azərbaycan və rus dillərində qəbul edilib və lisey şagirdlərindən I yeri 5 nəfər, II yeri 3 nəfər, III yeri isə 4 nəfər tutaraq sertifikat, medal və pul mükafatı ilə təltif olunublar. I yerə Səfərəlizadə Mahirə Mayis qızı, Bayramov Arif Anar oğlu, Ömərov Samir Şakir oğlu, Xəlilov İbrahim Fərhad oğlu, Əmirxanlı Əminə Sədrəddin qızı layiq görülüblər. İsgəndərzadə Aydan Kamran qızı, Məmmədli Aytac Müşfiq qızı, Quliyev Orxan Elçin oğlu II, Qəmbərova Leyla Vaqif qızı, Ağayeva Aybəniz Azər qızı, Məmmədov Vüsal Elşən oğlu və Muradova Nərmin Salman qızı isə III yerin sahibi olublar. Liseyin direktoru bildirib ki, mayın 13-dən 18-dək ABŞ-ın Penselvaniya ştatının Pitsburq şəhərinə keçiriləcək “Sabahın alimləri” müsabiqəsində iştirak etmək üçün respublika üzrə təqdim olunmuş 3 layihədən 2-si “Gənc istedadlar”a məxsusdur. Müsabiqə qaliblərini qəbul edən rektor, akademik Abel Məhərrəmov onları təbrik edib, ABŞ-dan uğurla dönməyi arzulayıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib
12:39 21.08.2026
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib