Noyabrın 25-də Bakıda meyiti tapılan Asim Məmmədovun intihar etməsi ilə bağlı açıqlama verilib.
Səbail Rayon Prokurorluğundan bildirilib ki, ilkin nəticələr tipik intihar hadisəsinin baş verdiyini təsdiq edir: “Meyit daxili müayinə üçün meyitxanaya göndərilib. Müayinəsi yekunlaşıb. Meyitdə heç bir xəsarət, zorakılıq əlaməti yoxdur. Araşdırmanın nəticəsindən asılı olaraq cinayət işi başlanacaq”.
AZXEBER.COM portalının məlumatına görə, Asim Məmmədovun dostları onun ölümündən sonra çəkilən şəkilini sosial şəbəkədə paylaşıb. Həmin fotonu təqdim edirik:

