BDU-nun jurnalistika fakültəsində radio otaqları və televiziya studiyası qurulur - FOTOLAR

BDU-nun jurnalistika fakültəsində radio otaqları və televiziya studiyası qurulur - FOTOLAR
MEDİA
16:40 18.03.2016
1590
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) nın dəstəyi ilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində yüksək texnologiyailə təchiz edilmiş radio otaqları və televiziya studiyası qurulur. İşlər artıq yekunlaşmaq üzrədir.
Tələbələrin studiya və radiodan peşəkar istifadə edə bilməsi üçün texniki rejissor Ali Aysolmaz, radio üzrə mütəxəssis İlker İncirkuş, “Solea” proqramının təsisçisi Suat Hakkı Demirkan 12 gün ərzində rejissor otağında avadanlıqlardan istifadə edilməsi, səyyar və studiya kameralarının işlədilməsi, işıqların tənzimlənməsi, o cümlədən radioda canlı veriliş aparılması, mikşer pultlarının idarə olunması, radio proqramı “Solea” barədə təlimlər keçiblər.
Təlimdə iştirak edən bakalavr və magistrlar ilkin studiya və radio biliklərinə yiyələniblər. Mart ayının 13-də isə təlimlərdə iştirak etmiş tələbələrin bir hissəsi- Malik Talıblı, Səma Babazadə, Xəyalə Əzizli, Toğrul Quluzadə, Aysel Qasımova, Azər Ağayev, Cavid Abbaslı,BDU-nun müəllimi Mehriban Ələkbərovanın rəhbərliyi iləTürkiyənin Ankara şəhərinə təcrübə keçmək üçün yola düşüblər. Haırda Türkiyədə olan tələbələr “TRT-Ankara” radiosu və “TRT xarici”yayınlarda olaraq bir sıra təlimlərdə iştirak edirlər.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin son texnologiyaya malik studiya qurmağa maddi imkanı olmadığından rektor, prof. Abel Məhərrəmov TİKA-ya müraciət edib. Yaxın günlərdə BDU-nin rektoru Prof. Abel məhərrəmov və TİKA-nın Bakı Proqram Koordinatoru Mustafa Haşim Polat studiayada görülən işlərlə yaxından tanış olublar. Görüş zamanı prof.Abel Məhərromov əməyi keçən hər kəsə təşəkkür edib.
OXŞAR XƏBƏRLƏR