Bakı Dövlət Universitetinin qarşısında sıxlıq müşahidə olunub. Universitet ətrafında yaranan sıxlıqla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdə tələbələrin universitetə giriş-çıxışı zamanı ərazidə sıx hərəkətlilik olduğu görünür.
Bakı Dövlət Universitetindən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib ki, növbələrarası vaxtda tələbə axını həmişə çox olur:
"Növbələrarası vaxtda tələbə axınının çox olması səbəbindən ərazidə sıxlıq müşahidə oluna bilər. Bu vaxtlarda tələbə axını həmişə çox olur. Lakin hərəkət tənzimlənir və tələbələrin dərsə gecikməsinə yol verilmir”.
Şahanə Ziyad











































