Sabirabadda baş verən ağır yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Bu barədə Sabirabad rayon Polis Şöbəsinin müstəntiqi Ramin Salayev məlumat verib. Onun sözlərinə görə, şəhərin Heydər Əliyev prospektində “VAZ-2107” markalı avtomaşınla “Qazel” markalı avtomaşın toqquşub. Nəticədə “VAZ 2107” markalı maşının sürücüsü, 1992-ci il təvəllüdlü Məmişov Süleyman Əli oğlu və avtomaşında olan sərnişin, 1989-cu il təvəllüdlü Şahverənov Rauf İlqar oğlu hadisə yerində ölüblər. Maşındakı digər sərnişinlər, 1992-ci il təvəllüdlü İbrahimov Adil Faiq oğlu və 1992-ci il təvəllüdlü Əmirov Cavidan Cavid oğlu, həmçinin “Qazel” markalı avtomaşında olan sərnişin Ağaməmmədov Adil Hacıbala oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Sabirabad rayon xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı Sabirabad rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
AZXEBER.COM-un məlumatına görə, qəza nəticəsində həlak olanlardan biri Süleyman Məmişov Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünasliq fakültəsinin 3-cü kurs tələbəsi imiş
Əslən sabirabadlı olan Süleyman Qurban Bayramını ailəsi ilə birgə keçirmək üçün rayona gedirmiş. Qeyd edək ki, mərhum qəzaya uğradığı avtomobilinin şəkillərini bir neçə ay öncə rəsmi “facebook” səhifəsinə yükləmişdi. Maraqlıdır ki, Süleymanın səhifəsində yalnız avtomobilinin şəkilləri var idi. Elə həmin avtomobil də onu ölümə apardı... Allah rəhmət eləsin.