Bakı şəhərində tələbə oğlanın özünü öldürməyə vadar edən şəxsin kimliyi məlum olub. Səbail rayon Prokurorluğundan verilən məlumata görə,Asim Məmmədovsevdiyi qızdan rədd cavabı aldığında özünü öldürüb. Türkiyədə yaşayan bir qızı sevən A.Məmmədovun həmin şəxslə dostluq münasibəti olub, sonra isə onu sevib. Asimin ölümündə isə qarşı tərəfin günahı olması sübuta yetirilməyib. Hazırda cinayət işi başlanıb, istintaq aparılır. A.Məmədovun ölümündən əvvəl son sevgi məktubu yazdığı qızın kimliyini öyrənib. Həmin şəxs türk qızıdır. Asim onu sevsə də, bu hiss qarşılıqlı olmayıb. Hətta qızın valideynləri də bu münasibətə müsbət cavab verməyiblər. A.Məmmədovun sevdiyi qıza yazdığı son məktubdan da qızın onun sevgisinə münasibətini müəyyən etmək olur: "Tamam. Senden başka cavap beklemiyordum zaten. Bütün bunları sadece olarak seni korkutmak için söyledigimi saniyorsunsa, bu gün akşam ve ya yarin Azeri basinina bak. Azerbaycan'da ünlü birisi sayilmaktayim, bana bişey olursa televiziyonu bilmem, ama gazeteler mutlaka yazacaklar. Kendine iyi bak. Elveda”. A.Məmmədovun yaxınları həmin qızın fotosunu da göndəriblər.
Milli.az