Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Vyetnam Milli Assambleyasının sədr müavini, BDU-nun Hüquq fakültəsinin məzunu Uonq Çu Lunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq səfərin məqsədi haqqında danışıb.
BDU-nun Mətbuat və İnformasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, o, bildirib ki, əsas məqsəd Azərbaycanda ədliyyə və məhkəmə-hüquq sistemi ilə tanış olmaq, eləcə də bu sahədə fikir və təcrübə mübadiləsi aparmaqdır. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub.
Sonda Uonq Çu Lu məzunu olduğu universitetdə yenidən olmaqdan məmnunluğunu bildirib.