BDU və Ankara Universiteti Memorandum imzaladı

BDU və Ankara Universiteti Memorandum imzaladı
Bütün Xəbərlər
14:04 05.04.2012
2422

BDU və Ankara Universiteti bakalavr səviyyəsində hüquqşünas hazırlığı ilə bağlı ikili diplomların verilməsi barəndə Memorandum imzalayıb

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyə Respublikasının Ankara Universitetinin prorektoru, professor Argun Karacabeyin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Rektor bir müddət əvvəl BDU ilə Ankara Universiteti arasında birgə elmi əməkdaşlıq barəsində imzalanan protokoldan, bu protokol çərçivəsində ölkəmizdə hüquq elminin davamlı inkişaf etdirilməsi, hüquqşünas kadrların hazırlıq səviyyəsinin daha da artırılmasının təmin edilməsi məqsədilə görülən işlərdən danışıb.

Görüşdə hər iki universitetin rəhbərliyi bakalavr səviyyəsində beynəlxalq standartlara uyğun hüquqşünaslıq ixtisası üzrə ikili diplomun verilməsi (tanınması), digər tərəfdən isə, gələcəkdə bu prosesin davamı kimi magistratura və doktorantura pillələrində kadr hazırlığı baxımından elmi əməkdaşlığın qurulması istiqamətində fikir mübadiləsi aparıblar.

Sonra Bakı Dövlət Universiteti və Ankara Universiteti arasında birgə bakalavr səviyyəsində hüquqşünas hazırlığı ilə bağlı hüquq təhsili, ikili diplomların verilməsi barədə Memorandum imzalanıb. Memorandumu BDU-nun rektoru, akademik Abel Məhərrəmov və Ankara Universitetinin rektoru, professor doktor Cemal Taluğ adından prorektor Argun Karacabey imzalayıb. Memoranduma əsasən, bu tədris ilindən başlayaraq, hər tərəfdən 30 nəfər tələbə, cəmi 60 nəfər ikili diplom almaq üçün 1-ci kursa qəbul ediləcəklər. 60 tələbə həm Türkiyə, həm də Azərbaycanın ikili diplomlarını alacaq ki, həmin diplomlar hər iki ölkədə qəbul ediləcək.

Həmçinin ikili diplom verilməsi ilə bağlı birgə tədris prosesi BDU-da türk və Azərbaycan dillərində aparılmaqla Avropa Kredit Transfer Sisteminə (ECTS) uyğun olaraq həyata keçiriləcək. Tərəflərin öhdəliklərində isə bu məqamlar öz əksini tapıb: qarşılıqlı elmi-tədqiqatların və elmi mübadilənin, birgə elmi konfransların keçirilməsi, ikili diplom proqramı ilə bağlı hər növ elan, reklam, təqdimat və sərgilərin təşkil edilməsi ilə bağlı əməkdaşlığın təmin edilməsi, Birgə Tədris Proqramını müvəffəqiyyətlə bitirən tələbələrə ikili diplom verilməsi.

İmzalanma mərasimində sonra qonaqlar universitetin Elektron Tədris Mərkəzində, Heydər Əliyev Muzeyində, elmi-tədqiqat laboratoriyalarında olub, hüquq fakültəsinin professor-müəllim heyəti ilə müzakirələr aparıblar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO
16:52 08.08.2025
Batumidə fərdi nəqliyyat vasitələri üçün yaradılan şərait - VİDEO