BDU vətəndaşlara pulsuz hüquqi yardım göstərməyə başladı

BDU vətəndaşlara pulsuz hüquqi yardım göstərməyə başladı
Bütün Xəbərlər
12:42 01.05.2012
1769

BDU-nun hüquq klinikası aztəminatlı vətəndaşlara pulsuz hüquqi yardım göstərir.

BDU-nun Mətbuat və informasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, Bakı Dövlət Universitetinin hüquq fakültəsində fəaliyyət göstərən Hüqüq klinikasında fakültənin 3-4-cü kurs tələbələri vəkillərin və müəllimlərin nəzarəti altında əhalinin aztəminatlı vətəndaşlarına - təqaüdçülərə, əlillərə, qaçqın və məcburi köçkünlərə, təhsil alan gənclərə məsləhət formasında pulsuz hüquqi yardım göstərirlər. Vəkillərin və müəllimlərin nəzarəti altında BDU-nun tələbələri hüquqi xarakterli sənədləri lazımi qaydada tərtib etməyi, dövlət orqanlarında və başqa təşkilatlarda vətəndaşların maraqlarının müdafiəsi üçün atılacaq addımları izah edəcəklər. Klinikaya müraciət etmək istəyən vətəndaşlar zəng edərək işin mahiyyəti barədə qısa məlumat verməli, məsləhət üçün Klinikaya gələcəkləri gün və vaxtı razılaşdırmalıdır.

Vətəndaşlar hər gün (Şənbə və bazar günləri istisna olmaqla) saat 9:00-dan 17:00-dək 510 00 52 nömrəli telefonla Klinikaya zəng edə bilərlər.

Ünvan:Bakı, Z.Xəlilov küçəsi, 23, Bakı Dövlət Universitetinin 1№li tədris korpusu, birinci mərtəbə, otaq ِِ№ 7.


OXŞAR XƏBƏRLƏR