BDU-ya İnternet televiziya lazımdırmı? – I YAZI

GƏNCLİK
14:25 14.01.2012
1905

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüzlə görüşündə ABŞ-Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənən “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi müzakirə edib.Layihə həmçinin BDU-nun jurnalistika fakültəsində internet televiziya studiyasının yaradılmasını nəzərdə tutur. İnternet TV gələcək jurnalistlərə praktiki vərdişlər əldə etməkdə kömək edəcək.A.Məhərrəmov layihənin BDU-da həyata keçirilməsini dəstəkləyərək qeyd edib ki, yaradılacaq studiyanın daha müasir standartlara cavab verməsi, maddi-texniki bazanın güclü olması üçün universitet də öz növbəsində maliyyə yardımı etməyə hazırdır.

Məsələ ilə bağlı AZXEBER.COM portalı Azərbaycan İnernet Formunun (AİF) prezidenti Osman Gündüzün münasibətini öyrənib. Osman Gündüz nə üçün bu ideyanın ilk olaraq BDU-ya aid edildiyinə aydınlıq gətirib: “Əvvəla BDU Jurnalistika fakülətsinin tələbələrinin sayı digər universitetlərin jurnalistika fakültələrinin tələbələrinin sayından çoxdur. Həmçinin Bakı Dövlət Universiteti ilə əməkdaşlığımız çox uzun bir vaxtdır ki, davam edir. Mən özüm də orada müəllim işləyirəm. Bir də ki, ilk dəfə internet televiziya fənninin tədrisi məhz BDU-da olub. Fəaliyyətə başlayan internet televiziyada həm xəbərlər, həm də canlı proqramlar olacaq. Bu isə tələbələrin praktik qabiliyyətlərinin artırması üçün müsbət haldır”.

Mövzuya yenidən qayıdacağıq.

Sevil Rəsulzadə

OXŞAR XƏBƏRLƏR