BDU-ya İnternet televiziya lazımdırmı? – III YAZI

GƏNCLİK
17:59 06.02.2012
2328

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmovun Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüzlə görüşündə ABŞ-Azərbaycan Media İnkişafı Fondu tərəfindən dəstəklənən “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsini müzakirə ediblər. Müzakirənin ardından BDU-da tələbələr üçün internet televiziyanın yaradılması prossesi başlanılıb.

Bəs görəsən BDU tələbələri bu internet televiziya haqqında nə düşünürlər?

AZXEBER.COM portal bu məqsədlə tələblər arasında sorğu keçirib. Sorğuda iştirak edən tələbələrin bəzilərinin fikirlərini olduğu kimi təqdim edirik...

Jalə Bədirova: “İnternet televiziyanın yaradılmasına çoxdan ehtiyac var idi. Bizim üçün çox yaxşı bir təcrübə olacaq. Artıq fakültə uşaqları kanallara işləməyə gedəndə daha təcrübəli olacaqlar. Əlbəttəki, mən də orda çalışmaq istərdim”.

Çingiz Qafalov: “Məncə BDU-nun təkcə internet tv-yə deyil, eyni zamanda televiziyaya ehtiyac var. Bu tələbələrə təcrübə verəcək, onlar insanlarla ünsiyyət qurmağı öyrənəcəklır. Digər tərəfdən də bizdə internet tv hələ geniş yayılmayıb. Birincisi internetin sürəti və qiyməti, ikinci amil isə auditoriya problemidir. Televiziyaya kimlər daha çox baxır? Orta və yaşlı təbəqənin nümayəndələri. Onlar isə kompyuterin mənfi təsir göstərdiyindən əmindilər. Üçüncüsü isə, bizim tamaşaçılara dedi-qodu, ağlaşma lazımdı. Fakültənin tv-si isə bundan uzaq olacaq. İnternet tv hələ ki perspektivsizdir”.

Leyla Muradxanlı: “Osaman Gündüzün səyi nəticəsində axır ki, tələbələr üçün əməlli-başlı studiya qurulacaq. Təbii ki, belə bir layihəyə çoxdan ehtiyac var idi. BDU-nun jurnalistika fakültəsinin tələblərinə sadəcə sovet dövrünün müəllimlərinin keçdiyi biri-birinin təkrarı və yaxud ixtisasa aid olmayan fənləri tədris etməklə məşğuldurlar. Yeni texnologiyalar üzərində qurulacaq bu studiya tələbələrə çox şey öyrədəcək. İlk növbədə, kamera ilə işləməyi, montaj etməyi, düzgün müşahidə almağı, kamera önündə həyacanlanmamağı, kollektivlə işləməyi və s. bu kimi jurnalistin bilməli olduğu hər şeyi öyrədəcək”.

Xəyalə Səfərli: “İnternet tv və radionun yaradılması təqdirəlayiqdir. Amma əsas olan tamaşaçıların təkcə fakültədaxili tələbələr olmamasıdır, bunun üçün ciddi iş rejimi ilə işləmək lazım gələcək. Çünki internet tv-yə maraq hazırda azdır”.

Fatimə Kərimli: “Biz təməl problemləri həll etmədən lazımsız detallara keçirik. İnanırsız ki, o yaransa, orda jurnalistikadan kifayət qədər tələbə olar? Mən şəxsən inanmıram. Çünki öz fakültəmizdə adicə radio belə fəaliyyət göstərmir. Qəzetimiz belə başqa qəzetin arasında dörd səhifə çıxır”.

Ülkər Eldarqızı: “Bunu 1 əsr sonra oxuyan tələbələr görər ancaq. Normal studiyamız yoxdu heç bizim. İnternet tv-ni necə idarə edəcəyik?”.

Sevil Rəsulzadə

Əvvəlki yazılar:

https://www.azxeber.com/index.php?action=static_detail&static_id=11946

https://www.azxeber.com/index.php?action=static_detail&static_id=12101

OXŞAR XƏBƏRLƏR