Gəncədə azyaşlının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. 2013-cü il təvəllüdlü M.Abdullayev atdan yıxılıb. Yaralı dərhal xəstəxanalardan birinə çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, vəziyyəti ağır qiymətləndirilir. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır. /Teleqraf.az