“Bədəni dözmədi, komaya düşdü…” –Ölən zəvvarın həyat yoldaşı danışdı

“Bədəni dözmədi, komaya düşdü…” –Ölən zəvvarın həyat yoldaşı danışdı
Bütün Xəbərlər
16:00 26.09.2015
2771
Həcc ziyarətində dünyasını dəyişən azərbaycanlı zəvvar sabah Məkkədə dəfn olunacaq.
AZXEBER.COM  xəbər verir ki, bu barədə APA-ya Məkkədə dünyasını dəyişən zəvvar, 1957-ci il təvəllüdlü Kəklik Aslanovanın həyat yoldaşı Elçin Aslanov məlumat verib. E. Aslanov bildirib ki, Kəklik Aslanovanın təzyiqi qəflətən aşağı düşüb və həkimlərin səyi nəticə verməyib:
"Bədəni dözmədi, komaya düşdü. Əvvəlcə çalışdıq özümüz ayıldaq, ayılmadı. Sonra təcili yardımla xəstəxanaya apardıq. Orda baxıb analiz elədilər, dedilər qanda sidik turşusu artıb, o da böyrəklərə təsir edib. Böyrəklərin fəaliyyəti zəifləyib və o, koma vəziyyətinə düşüb".
E. Aslanov onu da əlavə edib ki, K. Aslanova sentyabrın 27-də elə müqəddəs torpaqda dəfn olunacaq. Orada mərhum zəvvarın 3 və 7 mərasimləri təşkil ediləcək.
Qeyd edək ki, bu il Həcc zamanı iki azərbaycanlı dünyasını dəyişib.
OXŞAR XƏBƏRLƏR