"Bədənimi bir az da korreksiya etdirdim" - Fatimə

"Bədənimi bir az da korreksiya etdirdim" - Fatimə
MAQAZİN
11:25 22.11.2018
5128
"Mənə göz dəyib. Gözümün üstündən də "İt dirsəyi” çıxıb. Özümü tərifləmiyəcəm amma ürəyim o qədər gözəldir ki... Ona görə də, günü-gündən cavanlaşıb, gözəlləşirəm”.
 
AZXEBER.COM-un məlumatına görə, bu sözləri rəqqasə Fatimə Fətəliyeva ARB TV-nin "Show news” verilişində deyib. Üçüncü dəfə plastik əməliyyat etdirən sənətçi artıq qorxduğunu söyləyib:

"Bədənimdə bir az şiş var. Yenidən əməliyyata üz tutdum. Kompleksim olduğuna görə il yarım bundan qabaq özümü korreksiya etdirmişdim. Boyum balacadır, Allah mənə boy verməyib. Ona görə də efirdə arıq görünmək üçün getdim bədənimi korreksiya etdirdim. Amma sap qaldı, getmədi. Ona görə əməliyyata ikinci dəfə getdim. Gedəndə dedim ki, daha gedib narkoza girirəmsə, özümü bir az da korreksiya etdirim. Amma hələ ki şişəm. O da getsə, olacam arıq qız. Əməliyyat 3 saat çəkdi. Mən day heç vaxt etdirməyəcəm. Bu dəfə çox əziyyət çəkdim. İmunitet düşüb. Çox zəifəm. Özümə gələ bilmirəm”.
 

OXŞAR XƏBƏRLƏR