BƏƏ ABŞ-İran müharibəsi ilə bağlı ən pis ssenariyə hazırlaşır

BƏƏ ABŞ-İran müharibəsi ilə bağlı ən pis ssenariyə hazırlaşır
DÜNYA
16:29 01.11.2026
269
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş ABŞ və İsrailin İrana qarşı müharibəsinin yenidən başlaması ehtimalı ilə əlaqədar ən pis ssenariyə hazır olduqlarını bəyan edib.

AZXEBER.COM xəbər verir kic "Al Jazeera"-nin xəbərinə görə, BƏƏ Prezidentinin müşaviri belə bəyanatla bu gün Bəhreyndə keçirilən təhlükəsizlik konfransında çıxış edib.

"Ümid edirik ki, diplomatik müstəvidə irəliləyiş əldə olunacaq. Daha bir qarşıdurma mərhələsindən keçməsi regionun maraqlarına uyğun deyil. Lakin biz əvvəl də nümayiş etdirdiyimiz kimi, ən pis ssenariyə hazırıq”? – deyə Ənvər Qarqaş qeyd edib.
OXŞAR XƏBƏRLƏR