Bəhram Bağırzadə Tağıyev abidəsi, koronavirus və sevgi barədə... – VİDEO

SOSİAL
22:50 22.10.2021
255
Populyar aktyor və rejissor, əməkdar artıst Bəhram Bağırzadə "Baku TV”-yə müsahibə verib.

Maraqlı söhbət zamanı o, bir çox mətləblərə toxunub.

Bağırzadə Bakının mərkəzində mesenat Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ideyasının ona deyil, Azərbaycan xalqına məxsus olduğunu, özünün isə yalnız bu fikri ölkə başçısına çatdırdığını bildirib.

O, həmçinin Ali Baş Komandan İlham Əliyevin erməniləri 44 gün ərzində məğlub etməsi fikrilə razılaşmadığını bildirib. Aktyor qeyd edib ki, bu qələbə üçün dövlət başçısı tərəfindən uzun illər hazırlıq işləri görülüb.

Əməkdar artıst koronavirusa yoluxmasından da danışıb. O, yaşadıqlarından sonra hamıya yalnız sağlamlıq arzuladığını deyib.

OXŞAR XƏBƏRLƏR