Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalı çərçivəsindəAzərbaycan tarixindəilk dəfəkeçirilən “Art-Kamp”davam edir.
AZXEBER.COM-un məlumatına görə, “Art-Kamp”da peşəkar aktyor və rejissorlar tərəfindən pulsuz ustad dərsləri və müxtəlif janrlarda seminarlar təşkil edilir. 100-dən çox gənc 3 gün ərzində peşəkar insanlardan ustad dərsləri almaqla yanaşı, əyləncəli yarışlara, tədbirlərə də qatılacaqlar.
“Art-Kamp”a bu gün saat 14.00-da və 17.00-da keçiriləcək 2 ustad dərsi ilə yekun vurulacaq. Şüvəlan qəsəbəsi "Cırtdan" İstirahət və Sağlamlıq Mərkəzində baş tutacaq dərslərdə Bəhram Osmanov rejissorluqdan, Aydın Dadaşov isə kino tənqidindən ustad dərsi keçəcək.
Qeyd edək ki, Art-Kamp 25 noyabr tarixində başlayıb və bu gün sona çatacaq.