Bəhreyn İranla görüşlərdən imtina etdi – Şərtini açıqladı

Bəhreyn İranla görüşlərdən imtina etdi – Şərtini açıqladı
DÜNYA
18:42 12.09.2026
62
Bəhreyn İranla diplomatik münasibətlər bərpa olunana qədər bu ölkə ilə keçiriləcək kollektiv görüşlərdə iştirak etməyəcək.

Bu barədə Bəhreyn Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bəhreyn Hörmüz boğazında yaranmış vəziyyətlə bağlı nazirlər görüşünə də qatılmayacaq. Ölkə İranla diplomatik əlaqələr bərpa edilənədək Tehranın iştirak etdiyi hər hansı kollektiv toplantıda yer almayacaq.

Nazirlikdən qeyd olunub ki, Bəhreyn bu mövqeyini daha əvvəl diplomatik kanallar vasitəsilə Oman tərəfinə rəsmi şəkildə çatdırıb.

Bununla belə, XİN qərarın Oman hökumətinin səylərinə verilən qiymətə təsir etmədiyini vurğulayıb. Nazirlik Omanı fikir ayrılıqlarının həlli üçün dialoqa sadiqliyinə görə təqdir edib.

///modern.az///
OXŞAR XƏBƏRLƏR