Bəhreyndə Azərbaycan səfirliyi gələn il açılacaq

Bəhreyndə Azərbaycan səfirliyi gələn il açılacaq
SİYASƏT
17:49 26.12.2025
126
Fiziki olaraq Bəhreyn Krallığında Azərbaycan səfirliyin açılması 2026-cı ildə baş tutacaq.

AZXEBER.COM xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Başqa ölkələrlə bağlı da bu istiqamətdə planlar var. Ancaq prosedurlar həyata keçirilmədən bu barədə məlumatı indidən bölüşməyi düşünmürük", - o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu ilin oktyabr ayında imzaladığı Sərəncamla Azərbaycanın Bəhreyn Krallığında (Manama şəhərində) Səfirliyi təsis edilib.

Ən son xəbərləri bizim Telegram kanalımız
OXŞAR XƏBƏRLƏR