Bəhruz Quliyev: "Əli Kərimli ilk şansda tərəfdaşlarını yarı yolda qoydu"

Bəhruz Quliyev: "Əli Kərimli ilk şansda tərəfdaşlarını yarı yolda qoydu"
SİYASƏT
15:11 10.10.2019
3954

"Azərbaycan hökuməti tərəfindən "Milli Şura”ya piketin keçirilməsi ilə bağlı icazənin verilməsi, ölkəmizdə insan hüquqlarına, sərbəst toplaşmaq azadlığına həssaslıqla yanaşıldığının göstəricisidir. Onlara 50 nəfərdən ibarət heyətlə sözlərini ifadə etmək imkanı verilsə də, "Milli Şura” hələ də 90-cı illərin təfəkküründən çıxa bilmədiyini bir daha göstərdi”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri "Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, "Milli Şura” hələ də piketi mitinqdən ayıra bilmir: "Birincisi, piketi mitinqə çevirmək cəhdi absurddur. İkincisi, icazə verilməyən ərazidə piket keçirmək olmaz. Lakin "Milli Şura” piketdən əvvəl şəhərin dar küçələrinin bir neçə yerində toplu-toplu yığılaraq hadisənin mahiyyətini dərk etməyən dinc sakinləri piketə cəlb etməyə çalışdılar ki, bu da siyasi mübarizədə qəbul olunmayan addımdır”.

Ekspert söyləyib ki, əgər "Milli Şura” piket keçirmək üçün 50 nəfər insan toplaya, fikrini arqumentli şəkildə söyləyə bilmirsə, o zaman onlar hansı amal, istəklə "liderlik” arzusundadırlar?: "Əgər onların həqiqətən də sosial bazası, elektroratı varsa, o zaman 50 nəfər tərəfdaş tapmaq o qədər də çətin olmamalı idi. Dinc sakinlərdən, yoldan keçənlərdən istifadə etmək həm gülünc, həm də şəhər gəzintisinə çıxanların hüquqlarını pozmasıdır”.

Piketdə Əli Kərimlinin niyə iştirak etmədiyinə aydınlıq gətirən B.Quliyev qeyd edib ki, AXCP sədri öncədən şəhər gəzintisi edərək vəziyyəti öyrənib və bilərəkdən aksiyaya qoşulmayıb: "Bu bir daha sübut etdi ki, Əli Kərimli istənilən vaxt silahdaşları və tərəfdaşlarını yarı yolda qoyub qaça bilər. "Sərbəst toplaşmaq haqqında” qanuna uyğun olaraq piketin keçirilməsi üçün təhlükəsizlik tədbirləri də görülmüşdü. Əgər piket istəyi olsa idi, Əli Kərimli gəlib həm iştirak edər, həm də sözünü deyərdi. Bu, AXCP sədrinin öz tərəfdaşlarına qarşı hörmətsizliyinin göstəricisidir”.

Baş redaktor qeyd edib ki, bundan sonra dövlət öz vətəndaşlarının, şəhər sakinlərinin hüquqlarını qoruyaraq bu cür piketlərin keçirilməsinə icazə verməməlidir: "Sərbəst toplaşmaq adı ilə başqalarının hüquqlarını pozmaq qəbuledilməzdir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı