"Belarus Respublikasının hərbi-siyasi rəhbərliyinin Rusiya Federasiyasının tərəfində Ukraynaya qarşı hərbi əməliyyatlarda mümkün genişmiqyaslı iştirakına hazır olmasının əlamətləri var”.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook” səhifəsində məlumat verilib.
Məlumatda qeyd olunur ki, artıq Belarus silahlı qüvvələrinin qismən komplektləşdirilməsi də həyata keçirilib.
Qeyd edək ki, martın 8-də Belarusun Qomel şəhərində yerləşən dəmiryol stansiyasında Rusiya texnikasının eşelonu görünüb.