Belarusda 'Odlar yurdu Azərbaycan' sərgisi başladı
GƏNCLİK
13:55 24.03.2013
1131
Belarus Dövlət Universitetində Gənclər İdman nazirliyinin dəstəyi nəticəsində ərsəyə gələn, Belarus Respublika Gənclər Birliyi və EEASA (“Şərqi Avropa Təhsil alan Azərbaycanlı Tələbə və Məzunlar” İctimai Birliyi) təşkilatlırının keçirdiiyi “Azərbaycanı interaktiv ziyarət et” sərgilər seriyasə layihəsi çərçivəsində “Odlar yurdu Azərbaycan” sərgisi başlayıb.Tədbiri Minsk şəhər icra başçısının müavini Nikolay Viktoroviç Voloviç çıxış nitqi ilə açıq elan edib. Sərginin Belarus Dövlət Universitetinin Beynalxalq əlaqələr fakültəsinin korpusunda yer alması təsadüfi hal deyildi, beləliklə Belarusun bir sıra Belarus ictimaiyyətinin ziyalılarının diqqətini cəlb etmək mümkün olub. Sərgidə Azərbaycanın inkişaf yolu, son 20 ildə heyrətamiz dəyişiklikərin baş tutması, paytaxt Bakının turistik cəhətdən cazibədar olmasını göstərən şəkillər yer alıb, bukletlər paylanıb.